Çərşənbə axşamı, 28 İyul, 2026

Rumıniyanın Xarici İşlər Nazirliyinin 2019/2020-ci tədris ili üçün təqaüd proqramı


  • Dərc edildi: 17 Fevral, 2019 - 11:12
Rumıniyanın Xarici İşlər Nazirliyinin 2019/2020-ci tədris ili üçün təqaüd proqramı

Rumıniya Xarici İşlər Nazirliyi 2019/2020-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edir.   Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura Tədris dili: rumın dili İxtisaslar: memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq. Qeyd: tibb və əczaçılıq ixtisasları nəzərdə tutulmamışdır. Maliyyələşmə: təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd (bakalavriat - 65 avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro).   Ətraflı məlumat və tələblər:

https://www.mae.ro/en/node/10251   Sənədlərin təqdim edilməsi üçün son tarix: 22.02.2019 Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 22.02.2019-cu il tarixi, 16:00-17:00-da Təhsil Nazirliyinin vətəndaşların qəbulu otağında Günəş Övsətovaya təqdim etməlidir.   Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirlikləri tərəfindən həyata keçirilir. Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə Rumıniyanın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamaq tövsiyə edilir.

Ən Son Məqalələr

Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 106
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 38
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 234
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 322
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 437
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 388
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 454
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 628
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 959
Xanımlar üçün Founda...