Bazar ertəsi, 9 Fevral, 2026

SƏTƏM Mühəndisi - Vakansiya


  • Dərc edildi: 7 May, 2018 - 16:29
SƏTƏM Mühəndisi - Vakansiya

Hidro İnşaat Servis MMC-nin SƏTƏM Mühəndisi vakansiyasi : Namizədə dair tələblər: • Ali təhsil. • Ən azı 2 il əlaqədar iş təcrübəsi (Tikinti sahəsində təcrübə arzuolunandır). • Yazılı və şifahi ingilis dili yaxşı(Upper intermediate) səviyyədə olmalı. • Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı. • Ölkənin bütün rayon və ərazilərində işləyəbilmə, bunula bağlı yer məhdudiyyətinin olmaması. • Qaydaların tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətçillik və insanlarla rahat münasibət qura bilmə bu vəzifənin uğurlu icrası üçün vacib keyfiyyətlərdir. Əsas vəzifə öhdəlikləri: • Tikintidə əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi, o cümlədən tikinti sahəsində aşağıda sadalanan vəzifə və öhdəlikləri düzgün yerinə yetirmək. • İşçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək, sənədləşmənin düzgünlüyünü təmin etmək. • Bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq. • Təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həya

ta keçirmək. • Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq. • Yanğın və təxliyyə, əlverişsiz hava şəraiti zamanı təlimatlara əsasən əlaqədar SƏTƏM fəaliyyətinin təşkilini təmin etmək. • Gündəlik, həftəlik və aylıq SƏTƏM yoxlamalarına aid hesabatlar tərtib etmək. Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür. Nahar yeməyi şirkət tərəfindən qarşılanır. Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər. Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 143
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 282
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 37
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 203
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 297
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 400
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 502
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 70
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 362
Ted1.az saytı SATILI...