Şənbə, 25 Oktyabr, 2025

SABAH qruplarında müəllim işləmək istəyənlərin nəzərinə!


  • Dərc edildi: 9 İyun, 2018 - 02:26
SABAH qruplarında müəllim işləmək istəyənlərin nəzərinə!

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə

Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub. İxtisası üzrə minimum magistr dərəcəsi olan, İKT və sahə bilikləri yüksək səviyyəli, innovativ tədris metodikalarından istifadə edə bilən, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər müsabiqədə iştirak edə bilərlər. Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması, kurs sillabusunun hazırlanması, tələbə biliyinin vaxtında qiymətləndirilməsi, ali təhsil müəssisələrinin daxili intizam sənədləşmə qaydalarına riayət edilməsi namizədlərdən tələb olunan öhdəliklər sırasındadır. Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcəkdir. Xaricdə təhsil alan namizədlər nostrifikasiya sənədini təqdim etməlidirlər. Son müraciət tarixi 19 iyun 2018-ci il tarixidir. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasına daxil edilib: http://sabah.edu.az/az/sabah-qruplarinda-20182019-ci-tedris-ilinin-payiz-semestrine-muellim-qebulu Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən tələbəni, 650-dən çox müəllim-professor heyətini əhatə edir.

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 199
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 76
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 25
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 35
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 30
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 164
Dövlət İmtahan Mərkə...