Cümə axşamı, 9 Aprel, 2026

Sağlam Həyat Tərzi Forumu


  • Dərc edildi: 24 Mart, 2019 - 18:19
Sağlam Həyat Tərzi Forumu

"Sağlam Düşüncə" Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Sağlam Yaşa” sağlam həyat tərzinin təbliği kampaniyası – 2 layihəsinin bağlanış tədbiri olaraq, Sumqayıt Gənclər Evində “Sağlam həyat tərzi Forumu” təşkil ediləcək. Forumun əsas məqsədi, gənclərimizi sağlam həyat tərzinin müxtəlif aspektəri haqqında məlumatlandırmaq, sağlam həyat tərzinin əhəmiyyəti, bunun hansısa qadağa ilə deyil, könüllü olduğu, hər bir fərdin öz əhatəsində sağlam həyat tərzinin təbliğində əhəmiyyətli rol oynamağının vacibliyini vurğulamaqdır. Forum çərçivəsində dəvət olunmuş ekspertlər sağlam həyat tərzi ilə bağlı 5 müxtəlif aspektdən çıxış edəcəklər: - Sağlam Qida - GMO qidalar və sağlamlığa ziyanı olan yüksək kalorili, həmçinin kanserogen qidaların tükədilməsi; - İdman - oturaq həyat tərzi, hərəkətsizlik; - Psixologiya - psixoloji çətinliklər, stressin yol aça biləcəyi problemlər

; - Təhsil - sağlam həyat tərzinin təhsil prosesində tətbiqi, sağlam gələcək nəsilin formalaşdırılması; - Səhiyyə - mütəmadi tibbi müayinələrin yerinə yetirilməməsi. Belə ki, sadalanan hər sahə üzrə ixtisaslaşmış şəxslər iştirakçıları zəruri informasiya ilə təmin edəcək və təcrübələrini bölüşəcəklər. Forumda iştirak etmək üçün qeydiyyat: https://forms.gle/8q13wwwfLbCykUvE8 Qeydiyyat üçün son tarix: 29.03.2019 Forumda iştirak ödənişsizdir. Tarix: 30.03.2019 / 14:30 Məkan: Sumqayıt Gənclər evi Əlaqə: [email protected] Telefon : +99455 8237290

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 22
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 460
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 110
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1156
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 621
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 341
Məktəblilər üçün "FI...