Cümə axşamı, 12 Noyabr, 2026

SBYC_Baku: "SS medalının iki üzü"


  • Dərc edildi: 23 İyul, 2019 - 11:18
SBYC_Baku: "SS medalının iki üzü"

Salam, Əziz Dostlar. Ümid edirik ki, tətiliniz gözəl keçir. Tətil vaxtınızı həm də səmərəli keçirmək üçün Sosial Biznes Gənclər Mərkəzi olaraq tədbirlər təşkil etməyə davam edirik. Bu səfər sizi Azərbaycanda artıq bir ilə yaxındır ki, fəaliyyət göstərən "Ooh La La" anticafe sosial biznes keysi ilə tanış edib, onun təsisçisi Taleh Şirinov ilə təşkil olunan tədbirə dəvət edirik! _____________________ Tarix: 27 İyul, 11.00 Mövzu: "Sosial sahibkarlıq medalının iki üzü" Məkan: Ooh La La Anticafe (Zərifə əliyeva küç. 53, Mərkəzi Muzeyin arxa tərəfi) Müddət: 2 saat Dil: Azərbaycan dili ____________________​_ Ooh La La Anticafe "Ooh La La" fərqli konsepsiyada düşünülmüş, retro tərzdə dizayn edilmiş balaca bir antikafe&butikdən ibarət sosial-biznes layihəsidir. Dekoru, musiqisi, və s. xüsusiyyətləri ilə 30-cu illər Parisini və "art nouveau" üslubunu özündə əks etdirən bir məkandır. Bu layihəyə eyni zamanda atelyenin fəaliyyəti də daxildir. Bu, o deməkdir ki, xanımlar burada istirahət etməklə yanaşı özlərinə həm də geyim seçə və ya sifariş edə bilərlər. ____________________​_ Tədbirdə müzakirə olunacaq: - Adamın olmasa biznez qura bilməzsən - Biznes adamının silahı - Sevdiyin işi gör - Velosiped - Qar topu _____________________ Uğur qazanmış sosial biznesin hekayəsini dinləyərək, Siz həmçinin kafedə

mövcud olan şirniyyatların dadına da baxa bilərsiniz. *Tədbir interaktiv şəkildə keçəcək və tədbir zamanı foto və videoçəkiliş aparılacaq. İştirak Ödənişsizdir. Yerlərin sayı məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat linki: https://forms.gle/KYeYAEv36za1dPXN7 Qeydiyyat üçün son tarix: 26 İyul, 23.30 _____________________ Təşkilatçılar haqqında: “Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin - əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial bizneslərini yaratmaqda lazımi dəstəyi göstərməkdir. "Ooh La La" - layihənin əsas məqsədi qadınlara onların sosial həyatında dəstək olmaqdır. Ooh la la bunu həm əyləncə ilə, həm də müxtəlif maarifləndirici tədbirlər keçirməklə edir. _____________________ Əlaqə nömrələri: +994 (50) 726-39-03 Elektron ünvan: [email protected] Facebook page: Ooh La La Anticafe Social Business Youth Center Facebook group: Social Business Youth Center-Azerbaijan _____________________ Hörmətlə, Sosial Biznes Gənclər Mərkəzi!

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 107
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 169
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 191
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 392
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1135
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 443
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 616
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 728
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 835
Trabzon Sağlamlıq Qr...