Cümə, 6 Mart, 2026

“Səfəvi tariximiz” adlı rəsm sərgisi təşkil edilir


  • Dərc edildi: 1 Noyabr, 2019 - 03:05
“Səfəvi tariximiz” adlı rəsm sərgisi təşkil edilir

ASAN xidmətin ASAN Könüllülük Məktəbi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə, Xətai Rayon
İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon Gənclər və İdman İdarəsi və
“Məktəblinin Dostu” layihəsinin dəstəyi ilə Səfəvilər dövlətinin tarix və mədəniyyətinin təbliği,
rəssamlar arasında milli ruh və milli mövzuda yeni əsərlərin yaradılmasını stimullaşdırmaq, gənclər
arasında vətənpərvərlik hislərini gücləndirmək, istedadlı uşaq və gənclərin üzə çıxarılması
məqsədilə
“Səfəvi tariximiz”
adlı rəsm sərgisi təşkil edilir.
Rəsm əsərlərinin qəbulu 2019-cu il noyabrın 10-dək Xətai Sənət Mərkəzində və 2 saylı Bakı
“ASAN xidmət” mərkəzində həyata keçiriləcək.
Sərgidə iştirak etmək istəyənlərə tövsiyyə olunan mövzular:
Səfəvilər dövlətinin rəmzləri;
Səfəvilər dövründə yaşamış dövlət və ictimai xadimlərin, həmçinin, qəhrəmanların obraz
təsviri;
Səfəvilər dövlətinin iştirak etdiyi döyüşlərin təsviri (hərbi mövzu);
Səfəvilər dövrünə aid hərbi sursat, təsərrüfat, sənətkarlıq və musiqi alətləri;
Səfəvilər dövlətinin ordu üzvlərinin geyimlərinin təsviri;
Səfəvilər dövləti ərazisində yerləşən tarixi abidələr, minik və yükdaşıma vasitələrinin təsviri;
Bu dövr üçün xarakterik olan qədim əşya və geyimlərin təsviri;
Səfəvilər dövrünə aid müxtəlif peşə sahiblərinin(dəmirçi, nalbənd, papaqçı, mehtər, çoban,
dulusçu və s.) təsviri;
Şah İsmayıl Xətainin şeirlərinə çəkilmiş illustrasiyalar.
Yaş həddi yoxdur.
Əsərlər müxtəlif texnikalarda ola bilər.
Ölçü sərbəstdir (minimum A3 ölçüdə olmalıdır)
Nümayiş olunan əsərlərin müəllifləri təşəkkürnamə ilə təltif ediləcəklər.
Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
Əlaqə nömrəsi:
0124447444 / 0704080077 / 0513201903
0124908453 / 0513107401 – whatsapp
Ünvan: AZ1025, Bakı şəh., Nobel prospekti 23 (2 saylı Bakı “ASAN xidmət” mərkəzi)
AZ1025, Bakı şəh., Xocalı pr. 62 ( Bakı Xətai Sənət Mərkəzi)

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 922
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 316
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 245
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 459
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 115
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 344
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 442
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 540
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 673
Qarabağda iş imkanla...