Çərşənbə axşamı, 7 Aprel, 2026

“Şəhid Şəhər” - Sərgi


  • Dərc edildi: 23 Fevral, 2018 - 00:41
“Şəhid Şəhər” - Sərgi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTACın informasiya dəstəyi ilə ŞƏHİD ŞƏHƏRadlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir. Müsabiqənin yekun sərgisi 23 fevral 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir. 15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaqdır. Müsabiqəyə 450-yə yaxın uşaq, 800-dən çox əsəri ilə qatılmışdır. Yekun sərgidə 170 uşağın, 180-ə yaxın işinin nümayişi nəzərdə tutulur. Müsabiqədə Bakı, Sumqayıt, İsmayıllı, Balakən, Salyan, Astara, Masallı, Qazax, Xırdalan, Goranboy, Laçın, Xocalı, Abşeron, Şama

xı, Lənkəran, Ağdam, Qax, Hacqabul, Şəki, Xaçmaz, Mingəçevir bölgələrinin məktəbliləri, o cümlədən, Xocalı rayonu UGİM, Ağdam rayon UGİM, Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzi, Balakən Rayon Humanitar və Texniki Təmayüllü lisey, 3 nömrəli UİM, Masallı Rayon Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Əsra Tədris Mərkəzi, Elif Tədris Mərkəzi, Maştağa Mədəniyyət Mərkəzi Rəsm Kursu, Goranboy Şəhər UİM, Zığ qəsəbə Mədəniyyət evinin rəssamlıq kursu, Hacıqabul UGİM, Lənkəran Şəhər Uşaq rəssamlıq məktəbi, Kaspi Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyi, Lənkəran rayon S.Kazımbəyov adına 6 saylı məktəb, 5 nömrəli UİM, Balakən şəhəri UİM, Şəki şəhər UİM, Mingəçevir şəhər UGİM, Quba UGİM, Abşeron rayon UGİM, Gun art studiya, NigArt studiya, Kristal Tədris Psixologiya Mərkəzi, Sumqayıt şəhəri 2 saylı Bülbül adına UİM, Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 10
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 11
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 274
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 447
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 101
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 99
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1148
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 603
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 333
Məktəblilər üçün "FI...