Çərşənbə axşamı, 7 Aprel, 2026

"Səhnədəki Ədəbiyyatımız" layihəsi çərçivəsində teatr - Şəmkirdə!


  • Dərc edildi: 10 Mart, 2019 - 21:10
"Səhnədəki Ədəbiyyatımız" layihəsi çərçivəsində teatr - Şəmkirdə!

Səhnədəki Ədəbiyyatımız! Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olmuş Gülçin Qasımova tərəfindən Şəmkir rayon Gənclər və İdman İdarəsinin, "Böyük Yol" Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir. İnsanın kamilləşməsi, şəxsiyyət kimi formalaşması, cəmiyyət üçün layiqli vətəndaşa çevrilməsi üçün yüksək biliyi, savadı, təfəkkürü olmalıdır. Bu biliyi və savadı isə ona yalnız kitablar verə bilər. Kitab oxumaq insanı saflaşdırır, onu xoşagəlməz addımlardan çəkindirir. İnternet və digər informasiya texnologiyaları nə qədər inkişaf etsə belə, hələ uzun illər bundan sonra kitabı, xüsusilə də, bədii əsərləri əvəz edə bilməyəcək. Məhz layihənin də əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin səhnələşdirilməsi vasitəsilə yeniyetmə və gənclərdə bədii və elmi ədəbiyyata marağın artırılmasıdır. Əziz Şəmkirlilər sizləri Azərbaycan Milli Teatr gününə həsr olunmuş "Səhnədəki Ədəbiyyatımız" layihəsi çərçivəsində təşkil olunacaq teatrı baxmağa dəvət edirik.

Teatr zamanı Azərbaycan ədəbiyyatında olan dram əsərlər, povestlər, novellalar Şəmkir rayonunda fəaliyyət göstərən orta ali təhsil müəsissələrinin sagirdləri tərəfindən səhnələşdiriləcək. Tarix 12.03.2019 Saat: 11:00 Məkan: Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzi Səhnələr 1. İmadəddin Nəsimi - Sığmazam qəzəli (Nəsimi filmindən səhnə) 2. Mirzə Fətəli Axundov. Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara) 3. Abdulla Şaiq - Danışan Kukla 4. Mirzə Fətəli Axundovun - "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" klassik komediyası (Dərviş Parisi partladır filmindən səhnə) 5. Hüseyn Cavid - "Ana" mənzum dram 6. Əbdürrəhim bəy Haqverdiyev - "Daşçı" pyesi 7. Cəlil Məmmədquluzadə - "Ölülər" pyesi 8. Səməd Vurğun - "Vaqif dramı 9. Nağıllar ("Qırmızı papaq", "Tıq-tıq xanım", "Cırtdan", "Məlikməmməd") 10. Üzeyir bəy Hacıbəyov - "O olmasın bu olsun" musiqili komediya 11. Nizami Gəncəvi - Oğlum Məhəmmədə nəsihət (“Leyli və Məcnun”poemasından, ixtisarla) 12. Üzeyir bəy Hacıbəyov - "Arşın mal alan" operettası Gəlin ədəbiyyatımızın zənginliyinə birgə şahid olaq!

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 10
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 11
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 274
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 448
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 101
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 99
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1148
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 603
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 335
Məktəblilər üçün "FI...