Bazar, 8 Fevral, 2026

SOCAR -da daxili təqaüd proqramına sənəd qəbulu başladı


  • Dərc edildi: 28 Mart, 2019 - 16:41
SOCAR -da  daxili təqaüd proqramına sənəd qəbulu başladı

Ümumi məlumat
  • SOCAR təqaüdü (bundan sonra – Təqaüd) Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin (bundan sonra - ATM) bakalavr və magistr pillələrində siyahısı bu Proqramda verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrinə (bundan sonra – Tələbə) SOCAR tərəfindən müəyyən olunmuş tələblərə müvafiq qaydada verilir.
  • Təqaüd aşağıdakı məqsədlərlə verilir:
    • SOCAR üçün vacib olan ixtisaslara gəncləri cəlb etmək;
    • ali təhsilin nüfuzunu möhkəmləndirmək, istedadlı, perspektivli tələbələrin potensialının realizəsinə dəstək olmaq, onların sosial müdafiəsini gücləndirmək;
    • tələbələri bilik, təcrübə və təşəbbüskarlıqlarını artırmağa həvəsləndirmək;
    • istedadlı tələbələrin tədris planlarında nəzərdə tutulan tədris-tanışlıq və istehsalat təcrübələrini SOCAR-ın qabaqcıl istehsalat sahələrində və elmi-tədqiqat institutlarında keçməsinə şərait yaratmaq;
    • ATM-i müvəffəqiyyətlə bitirmiş yüksək bilikli məzunları SOCAR-da ixtisas�
      � üzrə işlə təmin etmək.
  • Təqaüd Müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları (10 ay) üzrə verilir.
  • Tələbə akademik məzuniyyətə çıxdıqda, ATM-dən xaric olunduqda, başqa ali təhsil müəssisəsinə keçdikdə/köçürüldükdə, təqdim etdiyi sənədlərdə saxtakarlıq aşkar olunduqda, başqa ixtisasa keçdikdə/köçürüldükdə, başqa kommersiya təşkilatının təqaüdünü aldıqda Təqaüdün ödənilməsi dayandırılır.
  • Təqaüd Təqaüdçüyə fərdi plastik bank kartı vasitəsilə ödənilir.
  • Təqaüdçü üçün fərdi plastik bank kartının açılması SOCAR-ın hesabına təmin edilir.
  • Təqaüdçü üçün fərdi plastik bank kartının açılması SOCAR-ın hesabına təmin edilir.
  • Təqaüdün aylıq məbləği 100 manat təyin olunub.
  • Təqaüd Tələbələrin seçilməsi üzrə SOCAR-ın Müsahibə Komissiyasının keçirdiyi müsahibədən müvəffəqiyyətlə keçən Tələbələrə verilir.
Daxili Təqaüd Proqramına müraciət et

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 133
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 273
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 34
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 195
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 291
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 390
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 500
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 69
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 359
Ted1.az saytı SATILI...