
TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzi (QRTM) və Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üçün müsabiqə elan edir.
I mərhələ - Elektron müraciətlərin qəbulu. Müsabiqədə aşağıdakı şərtlərə cavab verən gənclər iştirak edə bilərlər:
Azərbaycan Respublikasının vətəndaşı olmalı
29 yaşı tamam olmamalı
Ali təhsilli, Orta ixtisas təhsili və ya ən azı tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən gənclər müraciət edə bilməzlər)
Hərbi bileti olmalı (Həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq)
Elektron müraciətlərin qəbulu mərhələsi bittikdən sonra yuxarıda qeyd olunanan tələblərə cavab verən namizədlər II mərhələyə (test imtahanı) buraxılır.
II mərhələ - Test imtahanında riyaziyyat üzrə 20, fizika üzrə 10, Tarix və ümumi dövlətçilik üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 40 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.
Test İmtahanı üzrə suallar toplusunu buradan əldə etmək mümkündür.
https://socar.jobs/az/page/test-tapsiriqlari8
Test imtahanl mərhələsi bittikdən sonra keçid balı ayrılmış yer sayına uyğun olaraq formalaşır. Məsələn, hər hansı bir peşə üzrə vakant yer sayı 10 olarsa, imtahanda 15 və ya daha yüksək bal toplamış namizədlər arasından həmin peşə üzrə ən yüksək nəticə göstərmiş ilk 10 nəfər müsahibə və sənədlərin yoxlanılması mərhələsinə buraxılır.
Müsabiqə şərtlərinə əsasən, bir neçə namizəd eyni bal topladığı halda və imtahan nəticələri bərabər olduqda, üstünlük aşağıdakı meyarlara görə müəyyən edilir:
Təhsil pilləsi (səviyyəsi) daha yüksək olan namizədə üstünlük verilir.
Təhsil pilləsi eyni olduqda isə, orta attestat (və ya diplom) balı daha yüksək olan iştirakçı üstün sayılır.
III mərhələ – müsahibə mərhələsinə gələn namizəd aşağıdakı sənədlərin əslini təqdim etməlidir:
Şəxsiyyət vəsiqəsi
Hərbi bilet (oğlanlar üçün)
Attestat/ Diplom
Sağlamlıq haqqında arayış (Forma 86)
Rentgen flüoroqrafiyası
Şagirdlərin təhsil müddətində təminatları:
Aylıq təqaüd
Gündəlik nahar
Qeyd 1 : Orta ixtisas, ilk peşə və ali təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.
Qeyd 2 : Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal müsabiqədən kənarlaşdırılacaqdır.
Qeyd 3 : SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təmin olunmaları ilə bağlı öhdəçilik daşımır.
Qəbul həyata keçirilən peşələr:
S/S
Peşə ixtisasları
Yer sayı
Tədrisin keçiriləcəyi Təlim Mərkəzi
Təhsil müddəti
Qeyd
1
Elektrik qaz qaynaqçısı
25
QRTMSTTM
1 il
2
Magisral və texnoloji boru kəmərlərinin quraşdırıcısı
20
QRTM
6 ay
3
Metal-konstruksiya quraşdırıcısı
26
QRTM
6 ay
4
Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər
30
QRTMSTTM
1 il
5
Takelajçı
20
QRTM
6 ay
CƏM
121
Müraciətlər elektron formada qəbul olunur. Elektron müraciət formasını "Müraciət et" bölməsindən doldura bilərsiniz:
https://socar.az/az/ttsi/application
Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yaza bilərlər.
Əlaqə nömrələri: (012) 521-00-00 (daxili: 48-049 / 48-056)
Müraciət üçün son tarix: 01 mart 2026
Tez-tez verilən suallar:
Sual 1: Təlim Mərkəzində təhsilin hansı üstünlükləri var?
Cavab: Şagirdlər təhsil aldıqları dövrdə aylıq təqaüd, gündəlik nahar ilə təmin olunurlar. Həmçinin, müvafiq peşə üzrə SOCAR-da vakansiya olduqda, onlara iş təklifi olunur.
Sual 2: Müraciət üçün hansı sənədlər tələb olunur?
Cavab: Müraciət elektron formadadır. Müraciət təsdiqləndikdən sonra müəyyən olunmuş tarixdə müsahibələrə gərlərkən şəxsiyyət vəsiqəsi, məcburi köçkün və ya qaçqınlıq haqqında sənəd, hərbi bilet, sağlamlıq haqqında arayış (forma 86), attestat (orta-texniki, ilk-peşətəhsilli və ali təhsilli olanlar diplom) və rentgeni flüoroqrafiyasını təqdim etməlisiniz.
Sual 3: Sənədlərin yalnız surətini təqdim etmək olarmı?
Cavab: Xeyr. Müsahibələrdə sənədlərin əsli təqdim olunmalıdır.
Sual 4: Təlim Mərkəzinə kimlər müraciət edə bilər?
Cavab: Peşələr üzrə müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşları, 29 yaşı tamam olmayan, ali, orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olan (Hazırda təhsilini davam etdirən gənclər müraciət edə bilməzlər), hərbi bilet (Həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq), tibb müəssisəsindən sağlamlıq haqqında arayış (forma 86) və rentgen müayinəsi (flüoroqrafiya) olanlar.
Sual 5: Müraciət üçün hərbi xidmətdə olunması mütləqdirmi?
Cavab: Xeyr, xüsusi peşələr istisna olmaqla (məs: "Mühafizəçi", "Dalğıc") digər peşələrə müraciət edən şəxsin yalnız hərbi biletin əslini (həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq) təqdim etməsi kifayətdir..
Sual 6: Ümumi orta təhsili olan gənclər müraciət edə bilərmi?
Cavab: Xeyr, minimum tam orta təhsilli şəxslər müraciət edə bilər.
Sual 7: Peşə məktəbini bitirmiş gənclər müraciət edə bilərmi?
Cavab: Tam orta təhsil almaqla peşə təhsili olan gənclər müraciət edə bilər.
Sual 8: Ali təhsilli şəxslər müraciət edə bilərmi?
Cavab: Bəli. Ali təhsili olan gənclər müraciət edə bilər.
Sual 9: Rayon qeydiyyatinda olan gənclər müraciət edə bilərmi?
Cavab: Bəli. Qaydalar bölməsində qeyd olunan regionlar üzrə müvafiq qaydada müraciət oluna bilər.
Sual 10: Müsabiqə neçə turda təşkil olunur?
Cavab: Müsabiqə üç mərhələdən ibarətdir: elektron sənəd qəbulu, müsahibə və test imtahanı.
Sual 11: Müsahibədə namizədlərə nə kimi suallar verilir?
Cavab: SOCAR haqqında məlumat, motivasiyası, ünsiyyət bacarığı və dünya görünüşü, məsuliyyəti və intizamı, nailiyyətləri və üstünlükləri.
Sual 12: Müraciəti qəbul olunan namizədlər müsahibəyə nə vaxt çağırılır?
Cavab: Müraciətlərin elektron formada qəbulu üzrə müddət bitdikdən sonra 5 iş günü ərzində müsahibəyə dəvət olunanların (seçilənlər) və müraciəti qəbul olunmayanların (seçilməyənlər) siyahısı "Namizədlər" bölməsində yerləşdirilir.
Sual 13: Test imtahanı neçə sualdan ibarət olur? Suallar hansı mövzulardan düşür?
Cavab: Test imtahanı 40 sualdan ibarət olub riyaziyyat, fizika, fənnlərinin əsaslarını, məntiq və milli dövlətçiliyə aid mövzuları əhatə edir.
Sual 14: Təhsilin müddəti nə qədərdir?
Cavab: Peşələr üzrə müvafiq olaraq 1 (bir) ay (mühafizəçi), 6 (altı) ay və 1 (bir) ildir.
Sual 15: Təhsil aldığım müddətdə işləyə bilərəmmi?
Cavab: Təhsilinizə heç bir maneə törətməyəcəyi təqdirdə dərs saatları xaricində işləyə bilərsiniz.
Sual 16: Təhsilini bitirdikdən sonra məzunlara hansı sənəd təqdim olunur?
Cavab: Təhsilini müvəffəqiyyətlə başa vurduqda şagirdlərə xüsusi sertifikatlar təqdim olunur.
Sual 17: Təhsilini bitirdikdən sonra məzunlar işlə təmin edilirmi?
Cavab: SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təminatları ilə bağlı sosial öhdəlik daşımır. Lakin, müvafiq peşə üzrə SOCAR-da vakansiya olduqda, iş təklifi edilə bilər.
Sual 18: Müsabiqənin müsahibə və test mərhələləri üzrə keçirilmə vaxtları barədə necə məlumat əldə edə bilərəm?
Cavab: Müsabiqənin mərhələləri və keçirilmə vaxtları barədə məlumatları saytımızda yerləşdirilən elanlar vasitəsilə əldə edə bilərsiniz.
Peşələr barədə ətraflı məlumat:
https://socar.az/az/page/peseler
QEYDİYYAT LİNKİ:
https://socar.az/az/ttsi/application
🔴✅👇🏻Digər belə faydalı elanlardan xəbərdar olmaq üçün bizə qoşula bilərsiniz.👇🏻
🟢WhatsApp Kanalımızı izlə🤗: https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e
🟩WhatsApp Qrupumuza üzv ol😊
https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
🔵 Teleqram kanalımızı izlə🤩: https://t.me/EduOnlineAz
🟦 Teleqram qrupumuza üzv ol😍: https://t.me/EduOnlineAzQrup