Çərşənbə axşamı, 10 Fevral, 2026

Sosial biznesin uğur hekayəsi - Təlim


  • Dərc edildi: 27 İyun, 2018 - 12:59
Sosial biznesin uğur hekayəsi - Təlim

“Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial biznesləri yaratmaqda lazımi dəstəyi göstərməkdir.2018-ci ilin aprel ayında yaradılan bu platforma sosial sahibkarlıq və ona uyğun mövzulara aid artıq 400-dən çox müraciət alaraq və 100 nəfərdən çox iştirakçı qəbul edərək tədbirlərini həyata keçirtmişdir. Sizin sosial biznes ideyanız var və sosial biznes qurmaq istəyirsiz? Sosial sahibkardan Azərbaycanda bu prosess və üstəlik xüsusi ehtiyacı olan xanımlarla çalışan layihə haqqında öyrənmək istəyirsiniz? Onda platformamızın EduHubla birgə təşkil etdiyi növbəti tədbirinə xoş gəlmisiniz! Tarix : 28 İyun, 18.30 Mövzu: "BUTA Art & Sweets" sosial biznesin uğur hekayəsi Məkan: Baku İdea Lab(Caspian Plaza, 3-cü mərtəbə, Cəfər Cabbarlı küç.44, Nizami metrosunun yaxınlığı Müddət: 1 saat 30 dəqiqə Dil: Azərbaycan dili ___________________________ Spiker: Sara Rəcəbli - Sosial sahibkar - "Free to Travel"(gəncləri aşağı büdcəli səyahətlər haqqında məlumatlandıran platforma) , "BUTA Art & Sweets" (xüsusi ehtiyacları olan xanımların hazırladığı ev şirniyyatlarını satışını təmin edən Azərbaycanda ilk sosial startup) və "Social Business Youth Center" layihələrin təsisçisi - "Yunus & Youth" Sosial Sahibkarlıq proqramına seçilən ilk Azərbaycanlı sosial sahibkar - Azərbaycan Turizm və Menecment Universitetinin turizm və otelçilik üzrə məzunu - Almaniyanın Jade Universitetində DAAD təqaüdü ilə təhsil alıb - 3 dəfə DAAD, 2 dəfə Erasmus+, 2 dəfə Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Tatarstan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Kommissiyası və Avropa Şurasının müxtəlif beynəlxalq pr

oqramlarda iştirak üçün təqaüdlərin qalibi - "EU Neighbours East" layihəsinin "Gənc Avropalı Səfirlər" şəbəkəsin üzvü - Azərbaycan Respublikası Gənclər Təşkilatların Milli Şurasının "Gənc Elçilər" proqramın məzunu "BUTA Art & Sweets" haqqında: - Xüsusi ehtiyacları olan xanımların hazırladığı ev şirniyyatlarını satışını təmin edən Azərbaycanda ilk sosial startup - Sentyabrda ancaq xüsusi ehtiyacları olan xanımlara dəstək ideyası və 170 manatla başlayan bu sosial biznes artıq 9 ay ərzində 15 xanımı cəlb edib,menyunu 23 şirniyyat növünə kimi genişləndirməyi və sırf gəlirlərlə işləməyi bacarıb - Məhsullar artıq 4 ölkədə keçirilən beynəlxalq tədbirlərdə təmsil olunub - 30-dan çox yerli və beynəlxalq şirkət,qurum və tədbirlərlə əməkdaşlıq - BBC,EU Neighbours East, European External Action Service kimi beynəlxalq media kanallarında dərc olunma - Azərbaycandan ilk sosial biznes layihəsi kimi hal-hazırda "Yunus&Youth Fellowship 2018" sosial sahibkarlıq proqramında iştirak edir _________ Tədbirdə müzakirə olunacaq: - Sosial bizneslərin 7 prinsipi - Xüsusi ehtiyacı olan insanlar haqqında stereotiplər - "BUTA Art & Sweets" sosial biznesin uğur və uğursuzluq hekayəsi - Sosial biznesin idarə olunmasında ən böyük çətinliklər - Xüsusi ehtiyacı olan insanlarla çalışmağın üstünlükləri _________ İştirak ödənişsizdir. Yerlər məhduddur. Qeydiyyat linki : https://goo.gl/forms/0kFvwIQnTgIpqRRh1 Qeydiyyat üçün son tarix : 27 İyun, 18.30 Əlaqə: 055 798 37 73 050 726 39 03 [email protected]

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 153
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 303
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 41
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 211
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 304
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 404
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 507
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 72
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 366
Ted1.az saytı SATILI...