Çərşənbə axşamı, 31 Mart, 2026

“Sosial işdə koqnitiv bihevioral terapiya” mövzusunda seminar


  • Dərc edildi: 16 Fevral, 2018 - 00:45
“Sosial işdə koqnitiv bihevioral terapiya” mövzusunda seminar

Sosial İş İctimai Birliyinin Davamlı Təhsil Şöbəsi sosial işçilər, sosial iş tələbələri və sosial sahədə fəaliyyət göstərən işçilər üçün “Sosial işdə koqnitiv bihevioral terapiya” mövzusunda yeni seminarını təqdim edir. "KBT və ya düşüncəyə təsir edərək davranışa yönəlmiş terapiya sosial işdə geniş istifadə edilir. Terapiyanın əsas məğzi insanın düşüncə tərzinə təsir edərək onun davranışının dəyişilməsinə və ya uyğunlaşmasına əsaslanır. Terapiya müxtəlif psixi xəstəliklərdə sosial işçilər tərəfindən müdaxilə üsulu kimi tətbiq edilir. KBT haqqında təqdimat aşağıdakı mövzuları əhatə edəcək: - Tarixçəsi - Əsas prinsipləri - KBT sessiyası - Terapiyada istifadə edilən müdaxilə üsulları - Etik qaydalar" Təqdimatçı haqqında məlumat: Könül Cəfərova Amerika Birləşmiş Ştatlarının Kolumbiya Universitetində Sosial İş üzrə magistr dərəcəsini bu il əldə etmişdir. Təhsil aldığı müddətdə yerli QHT-də Nyu Yorka yeni gəlmiş immiqrantlar və qaçqın statusunu gözləyənləri Amerikada təhsilin davam etdirilm

əsi, iş icazəsinin əldə edilməsi, iş axtarışı və.s kimi mövzularda konsultasiya etmişdir. Bundan əlavə, o universitetdə professorun apardığı və ABŞ hökümətinin mənzil yaşayış siyasətinin bir hissəsi olaraq psixi pozğunluğu olan və evsiz insanlar üçün nəzərdə tutulmuş mənzillərdə yaşayanların sağlamlığı ilə bağlı tədqiqata qoşulmuşdur. Tədqiqatın aparıldığı müddətdə həm tədqiqatın kriteriyalarına uyğun gələn kliyentləri tədqiqata cəlb etmiş, həm də 40-dan çox tədqiqat iştirakçısını intervyu etmişdir. Professional maraq dairəsinə tədqiqat, beynəlxalq sosial iş və miqrasiya idarəetməsi daxildir. Hazırda sahəsi üzrə biliklərini artırmaqdadır. Seminarın vaxtı: 17 fevral, 2018-ci il Seminarın müddəti: 3 saat, 11:00-14:00 Seminarda iştirak etmək üçün MÜTLƏQ QEYDİYYATDAN KEÇMƏK LAZIMDIR!!! Qeydiyyat üçün link: LINK Əlavə məlumat üçün [email protected] email ünvanı və ya (+994 12) 596 05 58, (+994 50) 622 79 01 telefon nömələri ilə əlaqə saxlaya bilərsiz.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 230
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 389
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 80
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 74
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1106
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 559
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 309
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 564
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 170
VI Azərbaycan Astron...