Çərşənbə axşamı, 3 Noyabr, 2026

Sosial işdə koqnitiv bihevioral terapiya mövzusunda seminar keçirilib


  • Dərc edildi: 18 Fevral, 2018 - 20:34
Sosial işdə koqnitiv bihevioral terapiya mövzusunda seminar keçirilib

Azərbaycan Sosial İş İçtimai Birliyinin Davamlı Təhsil Şöbəsinin təşkialtçılığı ilə (AZSİİB) 17 fevral 2018-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Sosial işdə koqnitiv bihevioral terapiya” mövzusunda seminar keçirilmişdir.

Seminarda düşüncə tərzinə təsir edərək davranışa yönləndirilmiş terapiya, məxfilik və konfidensionallıq siyasəti, terapiyada etik dəyərlər, kliyentlə intervüdə istifadə olunan suallar və kliyentlə vidalaşma mövzuları haqqında iştirakçılara ətraflı məlumat verilib və mövzular ətrafında müzakirələr aparılmışdır. Həmçinin kliyentlə ünsiyyətdə olmuş seminar iştirakçıları öz təəssüratlarını bölüşmüşdür. İştirakçılara koqnitiv terapiya haqqında qısa video da təqdim edilmişdir.

Seminarın təqdimatçısı Könül Cəfərova ABŞ-ın Kolumbiya Universitetində sosial iş üzrə magistratura təhsil almışdır.

Tədbir əsasən sosial iş tələbələri və praktika sosial işçilər üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, sosial sferada fəliyyət göstərən təşkilatların nümayəndələri də iştirak etmişdilər.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 54
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 131
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 149
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 338
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1081
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 400
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 578
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 678
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 796
Trabzon Sağlamlıq Qr...