Cümə, 3 Aprel, 2026

“Sosial İşin Əsasları” - 3 aylıq ÖDƏNİŞSİZ təhsil-təlim proqramına qeydiyyat başladı!


  • Dərc edildi: 5 Oktyabr, 2023 - 22:48
“Sosial İşin Əsasları” - 3 aylıq ÖDƏNİŞSİZ təhsil-təlim proqramına qeydiyyat başladı!

“Sosial İşin Əsasları” təhsil proqramının beşinci mövsümünə start verilir. “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Sosial İşin Əsasları” təhsil proqramının beşinci mövsümünə start verilir. Birliyin Mətbuat xidmətindən EduOnline.Az -a məlumat verilib ki, həyata keçirilən proqramın əsas məqsədi gənc təlimçi və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, gənclərə sosial iş sahəsini qeyri-formal təhsil metodları ilə öyrətmək, habelə onların bilik və bacarıqlarının artırılması yolu ilə keyfiyyətli gənclərlə işə nail olmaqdır. Layihənin bu dəfəki mövsümündə cəmiyyətə yenidən adaptasiya və inteqrasiya problemlərinin həlli, müharibənin sosial-psixoloji təsirlərinin aradan qaldırılması, eləcə də gənclərlə i�

� sahəsində çoxsaylı təlim və görüşlərin həyata keçirilməsi planlaşdırılır. 3 aylıq təhsil proqramı çərçivəsində seçilmiş gənclər bu sahənin peşəkar mütəxəssisləri tərəfindən öz biliklərini nəzəri və praktiki modullar vasitəsi ilə artıracaqlar. Bu dəfəki proqram müddətində də müxtəlif sosial xidmət müəssisələrinə səfərlər nəzərdə tutulub. Qeyd olunub ki, təlim proqramının indiyədək dörd mövsümü həyata keçirilib və ümumilikdə 200-dən çox gənc proqramdan yararlanıb. Proqramda iştirak etmək istəyən 17-23 yaş arasında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/hmN29

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 250
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 417
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 89
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 87
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1127
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 580
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 320
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 575
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 179
VI Azərbaycan Astron...