Cümə axşamı, 26 Mart, 2026

Sosial Media, PR, Digital marketinq və reklam sahəsində təcrübəçilər axtarılır


  • Dərc edildi: 24 Fevral, 2018 - 13:41
Sosial Media, PR, Digital marketinq və reklam sahəsində təcrübəçilər axtarılır

Sosial Media, PR, Digital marketinq və reklam sahəsində təcrübə əldə etmək istəyən gənclər üçün təcrübə proqramı elan edirik. Təcrübə keçəcəyi sahələrə aid olan və bu istiqamətdə karyera qurmaq istəyən gəncə üstünlük veriləcək. Kimi axtarırıq: - Aktiv sosial media istifadəçisi; - Yazı yazmaq, fikirlərini izah etmək bacarığına malik; - Öyrənməyə həvəsli, ünsiyyətcil və maraqlı bir gənc; - Kitab oxumağı sevən; - İşinə və özünə qarşı məsuliyyətli olan. - Yaş: 20-30; - Təhsil: Ali və ya hazırda təhsili davam edir; - Azərbaycan dili – mükəmməl səviyyədə, digər dil bilikləri üstünlükdür; - Bu sahəni tanıması, haqqında az da olsa nəzəri biliklərin olması üstünlükdür. Biz nə söz veririk: - Professional komandada böyük təcrübə; - Mehriban iş mühiti, rahat ofis;

- Təcrübə müddətində yemək və nəqliyyat xərclərinin qarşılanması; - İşi üçün lazım olan istənilən ədəbiyyatın alınması; - Qızıldan qiymətli tövsiyə məktubu. İş qrafiki - Həftə içi minimum 30 saat olmaqla; - Təcrübə müddəti: 3 ay. Yuxarıda qeyd olunmuş tələblərə uyğun gələn şəxslər CV, motivasiya məktubunu [email protected] ünvanına göndərə bilərlər. Subject (məktubun başlığı) yerində “Intern" yazmağınız xahiş olunur. Son müraciət tarixi: 25 fevral. Diqqət! Göndərdiyi məktubda bu işə layiq olduğuna inandırmağı bacaran adamlar müsahibəyə dəvət olunacaqlar. Üstünlüklərinizi və nailiyyətlərinizi izah edən maraq məktubu, səliqəli, dolğun CV müsahibəyə dəvət olunmaq şansınızı artırır. Bəxtəbəxt göndərilmiş standart CV-lər nəzərdən keçirilmir! Uğurlar!

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 179
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 342
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 61
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 61
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1063
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 524
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 297
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 542
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...