Bazar ertəsi, 6 Aprel, 2026

Sosial Media və Rəqəmsal agentlik 2 yeni əməkdaş axtarır!


  • Dərc edildi: 27 Fevral, 2018 - 01:05
Sosial Media və Rəqəmsal agentlik 2 yeni əməkdaş axtarır!

Axtunq! Axtunq! İş var! Komandamız üçün başı və təcrübəsi olan 2 yeni əməkdaş axtarırıq. 1. “Kreativ kopirayter” (Creative copywriter) 2. Sosial Media kontent meneceri (Social Media Content manager) 1️⃣Kreativ kopirayter Vəzifə öhdəlikləri: - Yaradıcı reklam kampaniyalarının hazırlanması; - Kampaniyalar üçün sloqanlar; - Kampaniya təkliflərinin hazırlanması; - Kreativ post ideyaları vermək; Tələblər: - Reklam agentliyində ən azı 2 illik iş təcrübəsi; - İnterneti sevən aktiv sosial media istifadəçisi; - Sosial media və digital marketinq trendlərini izləyən; - Yazı yazmaq, fikirlərini izah etmək bacarığına malik; - Yaradıcı və maraqlı ideyalarla aşıb daşan; - İşinə qarşı diqqətli və məsuliyyətli olan. 2️⃣Sosial Media kontent meneceri Vəzifə öhdəlikləri: - Sosial Media səhifələri üçün kontentin yaradılması; - Kreativ postların hazırlanması; - Məqalələrin yazılması; - Kontentlə bağlı müxtəlif təkliflərin və ideyaların verilməsi. Tələblər: - Sosial Media üçün kontent hazırlanamaq işində azı 1 illik iş təcrübəsi; - İnterneti sevən aktiv sosial media istifadəçisi; - Yaradıcı və maraqlı ideyalarla aşıb daşan; - Yazı yazmaq, fikirlərini izah etmək bacarığına malik; - Öyrənməyə həvəsli və ünsiyyətcil; - Kitab oxumağı sevən; - İşinə qarşı diqqətli və məsuliyyətli ola

n. Uğurlu namizəd aşağıdakı tələblərə cavab verməlidir: Yaş: 20-30; Təhsil: Ali; Müvafiq iş təcrübəsi; Azərbaycan dili – mükəmməl səviyyədə bilməli; Rus və İngilis dillərininin birini yaxşı, digərini azı orta səviyyədə bilməsi böyük üstünlükdür. Biz nə söz veririk: - Professional komandada böyük təcrübə; - Mehriban iş mühiti, rahat ofis şəraiti; - Heç vaxt heç bir səbəbə kəsilməyən və ildə 1 dəfə artan maaş; - Uğurlu iş ilinin sonunda 50% həcmində 13-cü maaş; - İşi üçün lazım olan dəstəyin göstərilməsi. İş qrafiki: Həftə içi: 9:00-18:00 Şənbə günü: yalnız ehtiyac daxilində Yuxarıda qeyd olunmuş tələblərə uyğun gələn şəxslər CV, motivasiya məktubu və işlərinin nümunələrini [email protected] ünvanına göndərə bilərlər. Subject (məktubun başlığı) yerində müraciət etdiyiniz vakansiyaya uyğun olaraq “Creative Copywriter”, yaxud “Social Media Manager" yazmağınız xahiş olunur. Son müraciət tarixi: 2 Mart Göndərdiyi məktubda işi icra edə biləcəyinə inandırmağı bacaran adamlar müsahibəyə dəvət olunacaqlar. Üstünlüklərinizi və nailiyyətlərinizi izah edən maraq məktubu, səliqəli, dolğun CV müsahibəyə dəvət olunmaq şansınızı artırır. Məktubda gözlənilən minimal maaş haqqında da məlumat verməyiniz xahiş olunur. Bəxtəbəxt göndərilən standart CV-lər nəzərdən keçirilmir.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 269
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 441
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 99
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 95
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1141
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 597
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 326
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 590
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 184
VI Azərbaycan Astron...