Şənbə, 31 Oktyabr, 2026

Sumqayıt Dram Teatrında Xocalı faciəsinin ildönümününə həsr edilmiş "Missiya" tamaşasına dəvətlisiniz!


  • Dərc edildi: 22 Fevral, 2024 - 15:23
Sumqayıt Dram Teatrında Xocalı faciəsinin ildönümününə həsr edilmiş "Missiya" tamaşasına dəvətlisiniz!

Sumqayıt Dövlət Dram Teatrının kollektivi Xocalı faciəsinin ildönümünü "Missiya" tamaşası ilə anacaq. Milli mücadilə tariximizdə çətin və şərəfli səhifələr mövcuddur. Onlardan biri də Xocalı faciəsidir. Xalqımız heç zaman o məşum gecəni, onun vurduğu ağır zərbələri unutmadı. Nə xoş ki, Ali Baş Komandan İlham Əliyev qüdrətli Azərbaycan Ordusu ilə torpaqlarımızı əsirlikdən qurtardı. Artıq Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Fevral ayının 25-i saat 18.00-da Sumqayıt Dövlət Dram Teatrının repertuarında önəmli yer tutan "Missiya" tamaşası nümayiş olunacaq.

Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi mistik qəhrəmanlıq dramı özündə Qarabağ savaşını və Zəfər qürurunu ehtiva edir. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Telman Qəniyevdir. Rollarda Əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Elay Xasıyev, Mətləb Səfərıi, Məryəm Hüseynli, Habil Xanlarov, Aynur Hümbətova, Ceyhun Məhərrəmli, Rövşən Əsgərov, Rövşad İlyasov, Elmir Mehdiyev, Ramazan Xanlarov, Etibar Əmirov və Zaur Şirinov çıxış edirlər. Tamaşaya giriş ödənişsizdir.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 28
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 119
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 144
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 325
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1065
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 390
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 571
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 672
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 785
Trabzon Sağlamlıq Qr...