Çərşənbə, 17 Dekabr, 2025

Sumqayıtda Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılışı oldu


  • Dərc edildi: 18 Fevral, 2021 - 08:42
Sumqayıtda Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılışı oldu

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Sumqayıt şəhərində yerləşən Heydər Əliyev mərkəzində fəaliyyətə başladı. Açılış mərasimində şəhər icra hakimiyyətinin rəhbərliyi, Gənclər Fondunun icraçı direktoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və Sumqayıt gəncləri iştirak edib. 300-ə yaxın gənc isə açılış tədbirini onlayn şəkildə izləyib. EduOnline.Az xəbər verir ki, gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra tədbir iştirakçılarına GİKM haqqında təqdimat keçirilib. Açılış tədbirində çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət uğurlu gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq m�

�fkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar. Tədbir yerli istedadlı gənclər tərəfindən musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib.Sumqayıt gəncləri, həmçinin, “Gənc Könüllü” proqramına qoşulmağa dəvət ediliblər.Artıq 32 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu il ərzində ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 94
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 28
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 28
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 59
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 645
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 238
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 210
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 550
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 571
Qubadlıya öz sahiblə...