Sumqayıtda kitab sərgisi keçiriləcək

I Sumqayıt Kitab Sərgisi keçiriləcək

30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıtda “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq. Sərgi “Kimyaçı” Mədəniyyət Sarayına keçiriləcək.

Zəfər Bayramına həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-na yaxın kitab evi iştirak edəcək. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimlər, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların əsərlərindən ibarət sərginin təşkili və musiqi proqramlarının keçirilməsi planlaşdırılır.
Your code is here
Həmçinin ANİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub.

“Qarabağa kitabla gedirik” stendində isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə bədii və elmi-kütləvi ədəbiyyat nümunələrinin toplanılma aksiyası həyata keçiriləcək. Bu aksiyada hər kəsin iştirakı arzuolunandır.

Your code is here Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək.

Bütün kitabsevərlər dəvətlidir 🙂

Sumqayıta #kitablagəlirik
Your code is here
Giriş sərbəstdir.

“I Sumqayıt Kitab Sərgisi ANİB-2021”də iştirak edəcək olan nəşriyyatlar:

Your code is here 1. “Hədəf” nəşrləri

2. “Parlaq İmzalar”

3. “Altun”
Your code is here
4.“Təhsil”

5.“XAN”

Your code is here 6.“Alatoran”

7.“Qədim Qala”

8“Qələm”
Your code is here
9. “Ağıllı bala”

10."Çapar”,

Your code is here 11.Bizklub

12.“BookZone”

13.“Şərq-Qərb”
Your code is here
14. “Simurq”

15. “İz”

Your code is here 16.“Libra kitab"

17."Teas PRESS"

18."Çaşıoğlu"
Your code is here
19. "Nərmin"

20. Qələm Çingizoğlu"

Your code is here 21. “Üçbucaq" nəşriyyatı

22. “Balabilgə" nəşriyyatı

23. "Köhlən" nəşriyyatı
Your code is here
24. "Fabula" nəşriyyatı

25."İpəkyolu" nəşriyyatı

Your code is here 26."Məstan"

27."Mimta" və s.

 
Your code is here
Proqramla tanış olun!:
Zəfər bayramına Həsr edilən I Sumqayıt Kitab Sərgisi

Saat 10.00-da bütün sərgi təşkilatçı və Naşirlər Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib, əklil qoyacaq.
Your code is here
“I Sumqayıt Kitab Sərgisi” ANİB-2021 tədbirinin açılış mərasimi saat 11.00-da “Kimyaçı” Mədəniyyə Sarayının birinci mərtəbədəsində baş tutacaq. Açılış nitqini Qazi Yazarımız İlham Tumas edəcək!
Ümumilikdə, oktyabrın 30-u saat 12.00-19.00 arası və oktyabrın 31-i saat 10.00-19.00 arası ziyarətçilər sərgi salonunda nəşriyyat və mağazaların stendləri ilə tanış ola, kitab ala, müstəqil proqramlar əsasında təşkil olunan stendlərə tamaşa edə biləcəklər. Nəşriyyat və mağazaların stendlərində yerli və xarici kitabların 50%-dək endirimli satışı həyata keçiriləcək. Eyni zamanda, kiril qrafikası ilə kitabların sərfəli qiymətlə satışına və “Öz kitabını sat” stendində müəlliflərin öz kitablarını satışa qoymasına şərait yaradılacaq.

Müstəqil proqramlar əsasında fəaliyyət göstərəcək bir sıra stend nəzərdə tutulub. Sərgi salonundakı “Sənət” stendində ədəbi-bədii kompozisiyalar, canlı şeir və musiqi nömrələri təşkil olunacaq.
Your code is here Birinci mərtəbədəki “Qarabağa kitabla gedirik!” guşəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq kitabxanaların fondlarına dəstək məqsədilə kitabtoplama aksiyası həyata keçiriləcək.
Əsas salonda eyni zamanda rəsm və sənət nümunələrinin sərgisi təşkil olunacaq ki, burada da ziyarətçilər rəsm əsərləri və əl işlərinə baxa, satın ala biləcəklər. D&B kafe ziyarətçilərə kafe xidməti göstərəcək.
Binanın ikinci mərtəbəsində təşkil olunmuş “Yaradıcı görüşlər” stendində ziyarətçilər ziyalılarla görüşə, çıxışları dinləyə və müzakirələr əqatıla biləcəklər.
“Nağıllar aləmi” stendində isə uşaqlar əyləncəli oyunlar oyanayacaq, nağıllar dinləyəcəklər.
Bundan başqa ikinci mərtəbədə Hədəf Liseyi İnteraktiv Elm Muzeyinin stendi təşkil olunacaq: burada müxtəlif elmi təcrübələr və eksponatlar nümayiş olunacaq, ziyarətçilər bu prosesdə “Gör, toxun, et” prinsipi ilə yaxından iştirak edə biləcəklər.
Your code is here 31 oktyabr tarixində saat 18:00 da Sərginin qapanış mərasimi keçiriləcək, ANİB-in Kitabçılıqda göstərdiyi xidmətlərə görə mukafı mukafatçıya təqdim ediləcək!

Daha ətraflı proqam üçün burdan şəkillərə baxa bilərsiniz

#ısumqayıtkitabsərgisi
Your code is here #anib
#sumqayıtakitablagəlirik

Qeyd edək ki, ANİB tərəfindən növbəti sərginin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır.
Paylaş