Cümə, 6 Fevral, 2026

Sumqayıtda tələbə gənc yazıçının növbəti kitabının təqdimat və imza günü keçirilib


  • Dərc edildi: 22 May, 2022 - 09:15
Sumqayıtda tələbə gənc yazıçının növbəti kitabının təqdimat və imza günü keçirilib

Mayın 21-də Sumqayıt Poeziya Evində Əli Kərim adına Poeziya Evinin təşkilatçılığı ilə gənc yazıçı, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin tələbəsi Gülnaz Nağızadənin növbəti kitabının – “Qordi düyünü” romanının təqdimat və imza günü keçirilib. Tədbiri giriş sözü ilə açan Poeziya evinin direktoru, şair İbrahim İlyaslı tədbir iştirakçılarını salamladıqdan sonra, əvvəlcə Gülnaz Nağızadənin hələ məktəbli ikən qələmə aldığı “Xoşbəxtlik qapını döyür” və “Femidanın gözləri” əsərlərindən söz açıb. Həmin kitabların ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılandığını söyləyib və müəllifin yeni əsəri – “Qordi düyünü” romanı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonra çıxış üçün söz Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı Elçin Hüseynbəyliyə verilib. Elçin Hüseynbəyli kitabın Masallı Gənclər Evində keçirilmiş təqdimatında da iştirak etdiyini, Gülnazın perspektivli bir gənc yazar olduğunu qeyd edib. Onun yeni əsərinin də aktual bir mövzunu əhatə etdiyini söyləyib. Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, tanınmış şair-publisist Əkbər Qoşalı tədbir iştirakçılarına və Gülnaz Nağızadəyə komitənin sədri, millət vəkili Qənirə Paşayevanın salamlarını çatdırıb. Müəllifi yeni kitabının işıq üzü görməsi münaibəti ilə təbrik edib və ona yeni yaradıcılıq uğurları diləyib. Dünya Gənc Türk Yazarları Birlyinin başkanı, gənc şair İntiqam Yaşar Gülnaz Nağızadənin əsərlərini yüksək dəyərləndirdiyini deyib və onun DGTYB üzlüyünə qəbul olunduğunu qeyd edərək, üzvlük vəsiqəsini gənc yazara təqdim edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımzadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Gülbahar Haqverdiyeva, gənc yazarın təhsil aldığı Sumqayıt şəhərindəki 12 saylı orta məktəbin və tələbəsi olduğu BDU-nun müəllimləri Gülnaz Nağızadənin təhsildə qazandığı uğurlarla bərabər, həm də istedadlı bir yazar olduğunu söyləyib, ona yaradıcılıq uğurları dilədilər. Tədbirdə iştirak edən millət vəkilləri Musa Qasımlı və Anar İsgəndərov Gülnaz Nağızadəni təbrik etdilər, onu gələcəyin böyük yazıçısı kimi görmək istədiklərini, eyni zamanda dövlət tərəfindən istedadlı gənc yazarlara olan diqqət və qayğı

dan söz açdılar. Hüquq-mühafizə və məhkəmə orqanlarında çalışan dəyərli insanların da tədbirdə iştirakı və çıxışları maraqla qarşılandı. Beyləqan rayon məhkəməsinin sədri Ramiz Nurullayev, Lənkəran Regional Mediasiya təşkilatının rəhbəri Ramin Şükürov, ehtiyatda olan hərbçi, polkovnik Mürşüd Babayev gənc yazarın belə bir mövzuya müraciət etməsini və dedektiv janrda yazılmış romanın süjetini dəyərləndirməklə onun gələcəkdə həm də yaxşı bir hüquqşünas olacağını deyiblər. Sumqayıtlı yazarlardan, prezidentin fərdi təqaüdçüsü, şair Ofelya Babayeva, filologiya elmləri doktoru, şair Rafiq Yusifoğlu, AYB Sumqayıt bölməsinin məsləhətçisi, şair Xatirə Fərəclinin, AJB Sumqayıt bölməsinin sədri, şair Rafiq Oday, MİHİ Sumqayıt şəhər təşkilatının sədri Şahin Şəfiyev və başqaları gənc yazara yaradıcılıq uğurları dilədilər. Şair Fəxrəddin Teyyubun gənc yazarın istedadından duyğulanaraq ona həsr etdiyi şeiri söyləməsi, professor, tənqidçi, eyni zamanda, Gülnaz Nağızadınin ikinci kitabının redaktoru Vaqif Yusiflinin roman haqqında ətraflı çıxışı tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi. Bütün bu çıxışlardan sonra gənc yazıçının atası Nasir Nağıyevin səmimi çıxışı, qızı ilə qürur duyduğunu, onun bu istedadı ilə fəxr etməsini söyləməsi gurultulu alqışlarla müşayiət olundu. Sonda Gülnaz Nağızadə tədbirin təşkilatçılarına, iştirakçılarına öz təşəkkürünü bildirdi və oxucuların suallarını cavablandırdı.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 111
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 236
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 27
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 185
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 279
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 381
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 485
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 65
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 350
Ted1.az saytı SATILI...