Çərşənbə, 8 Aprel, 2026

Süni intellektlə bağlı 25


  • Dərc edildi: 18 Dekabr, 2018 - 23:31
Süni intellektlə bağlı 25

Əziz gənclər! Əgər sizi "Süni intellekt anlayışı necə yaranıb?”, “ İntellektə malik olan maşınlar və digər süni aparatlar nələrdir? ”, “Dünyada süni intellektlə bağlı hansı maraqlı təcrübələr var?" kimi suallar maraqlandırırsa, o zaman hər birinizi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyilə həyata keçiriləcək "Süni intellekt nədir? - Gənc alimlər izah edir." adlı layihəyə dəvət edirik. Layihə çərçivəsində iştirakçılar gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə aşağıdakı suallara cavab tapa biləcəksiniz: 1. Süni intellektin sirləri nədir?; 2. Süni intellekt və materiallar fizikasını nə əlaqələndirir? 3. İntuitiv nəticə maşını nədir? 4. Reqressiv analizin süni intellektdə rolu nədir? 5. Süni intellektin psixoloji aspektləri hansılardır? Yekunda bu sahədə müxtəlif nəzəriyyələrin tətbiqləri və nəticələrinə dair araşdırmalar, psixoloji istiqamətli yanaşmalarla tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparacaqlar. Təlimlər ərzində təqdimatların keçirilməsi üçün təlimçilər tərəfindən hər bir qrupa mövcud problemlər sırasından müəyyən bir mövzu təqdim olunaraq, yarışma keçiriləcəkdir. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdirəcəkdir. Hazırlanmış posterlər (prezentasiyalar) qrup liderləri tərəfindən təqdim olunduqdan sonra qalib komanda üzvləri müəyyən edilərək fərqlənmə diplomu və hədiyyə ilə təl

tif olunacaqlar. İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər. Layihə 22 və 23 dekabr 2018-ci il tarixlərində (şənbə və bazar günü) Bakı Ali Neft Məktəbində (Xətai korpusu, Xocalı prospekti, 30) həyata keçiriləcəkdir. Təlim və təlimçilər haqqında ətraflı məlumatlar növbəti günlərdə geniş şəkildə paylaşılacaq. Layihədə ixtisasından asılı olmayaraq bütün tələbələr iştirak edə bilər. Müraciət etmək istəyən gənclər özləri haqda aşağıdakı məlumatları [email protected] emailina göndərərək qeydiyyatdan keçə bilərlər: 1. Ad, soyad, ata adını 2. Təhsil aldığı (bitirdiyi) ali məktəbin tam adını 3. İxtisasını 4. Əlaqə nömrəsini (mobil) 5. Layihədən gözləntilərini (100 sözdən çox olmamaq şərtilə) Seçilmiş iştirakçılara bu haqda məlumat e-mail vasitəsilə bildiriləcəkdir, bu səbəbdən e-mailınızı mütəmadi olaraq diqqətdə saxlamağınız xahiş olunur. Qeydiyyat üçün son tarix: 19 dekabr, saat 23:59-dur. Təlim zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur. Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və qalib komandanın üzvlərinə diplom, həmçinin hədiyyələr təqdim olunacaqdır. Təlimlərdə iştirak ödənişsizdir. Layihə rəhbəri: Həbibə Hacıyeva Əlaqə: [email protected] Tərtibatçı-dizayner: Rəmziyyə Qarazadə

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 17
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 16
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 277
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 455
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 106
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 100
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1154
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 615
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 338
Məktəblilər üçün "FI...