Bazar, 14 Dekabr, 2025

Şuşaya turizm məqsədli səfərlərə start verilir - Tarix, Qiymətlər və Proqram!


  • Dərc edildi: 3 Mart, 2023 - 23:13
Şuşaya turizm məqsədli səfərlərə start verilir - Tarix, Qiymətlər və Proqram!

Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsindən sonra işğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil ediləcək. Dövlət Turizm Agentliyindən bildirilib ki, layihə “Böyük Qayıdış” siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir. İlk turist səfərləri Novruz bayramı öncəsi - mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər. 2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, Vaqifin məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, Yuxarı Gövhər Ağa məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın Gəncə qapıları və “Xarı Bülbül” simvolu, Qazançı kilsəsi, Şuşa Rea

lnı Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur. Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.   Tur səfərini sizlərə proqram cədvəli formasında da təqdim edirik: Şuşaya ilk dəfə 2 və 3 günlük TURlar!   ️ Tarix: Martın 18-dən etibarən həftədə bir dəfə Qeydiyyat: Martın 6-dan etibarən Qiyməti: 2 gün/1 gecə = 215 AZN (əgər otaqda tək qalınacaqsa 1 nəfər üçün), 362 AZN ( 2 nəfərlik otaqda 2 nəfər qalınacaqsa, yəni 1 nəfər 181 AZN edir) 3 gün/2 gecə = 370 AZN (əgər otaqda tək qalınacaqsa 1 nəfər üçün)   ️ Daxildir: Şuşa şəhərində hoteldə gecələmə avtobusla transfer, ️səhər yeməyi ️bələdçi müşayiəti xidməti ekskursiyalar   Ekskursiya olunacaq yerlər: ✅Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ✅İlk şəhid abidəsinin ziyarəti, ✅Cıdır düzü, ✅Vaqifin məqbərəsi, ✅Mehmandarovların evi, ✅Bülbülün ev muzeyi, ✅Yuxarı Gövhər Ağa məscidi, ✅“Güllələnmiş Heykəllər” meydançası, ✅Şuşa qalası, ✅Şuşanın Gəncə qapıları və “Xarı Bülbül” simvolu, ✅Qazançı kilsəsi, ✅Şuşa Realnı Məktəbi   ‼️Qeyd: Yalnız 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları turda iştirak edə bilər.

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 82
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 20
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 17
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 56
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 635
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 230
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 204
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 543
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 566
Qubadlıya öz sahiblə...