Şənbə, 28 Mart, 2026

Taktiki Urbanizm Bakı Şəhərində


  • Dərc edildi: 21 May, 2019 - 18:36
Taktiki Urbanizm Bakı Şəhərində

Urbanistlər və bu sahəyə marağı olanlar, Bakımızı dayanıqlı şəhərlər sırasında görmək istəyənlər, sizin diqqətinizi çəkəcək Dreamers Lab və ABS Səfirliyinin təşkilatçılığı ilə “8-ci km məhəlləsinin taktiki urbanizm” layihəsi ilə qarşınızdayıq. Layihə 25 may – 9 iyun tarixləri arasında həftə sonları olmaqla keçiriləcək, əsas məqsəd isə Malakan Məbədi Heyətində (S Rüstəmov 15 a, 28 May m/s) və Cəmşid Naxçıvanski 57A (m/s Neftçilər) yerləşən məkanların yerli sakinləri arasında olan sosial bağları daha da möhkəmləndirmək və daimi olaraq güclü və aktiv bir cəmiyyət yaratmaqdır. Bu məqsədlərə çatmaq üçün həftədə iki dəfə fərqli yığıncaqlar təşkil etməklə, yerli sakinləri bir araya toplamaq nəzərdə tutulur. Layihə müddəti ərzində sakinlərlə aşağıdakı işlərin görülməsi planlaşdırılır: 1-ci həftə sakinlərlə görüşüb, onların problem və ehtiyaclarının aydınlaşdırılması, istəklərinin öyrənilməsi, sakinlərlə musiqi, yemək və əyləncə tədbirlərinin keçirilməs

i. 2-ci həftə uşaqlarla birlikdə oyunların yaradılması, onların istəklərinə uyğun olaraq ətrafın boyanması, oyun meydançasını düzəlməsi olacaq. 3-cü həftə sakinlərlə birlikdə məşğələlərin keçirilməsi, həyətdə 6 yerli sakin tərəfindən şəxsi reseptlərdən yeməklərin hazırlanması, sakinlərlə birlikdə piknik süfrəsinin açılması, qadınlarla brendlərin formalaşdırılması və kiçik biznes haqqında təlimlərin təşkil olunması. 4-cü həftə sakinlərlə birlikdə təmizlik işlərinin aparılması, ekologiya mövzusuna aid təlimlər və məhəllənin yenidən açılışı üçün hazırlıqları tamamlamaq və sonda musiqi, yemək və oyunlarla məhəllə sakinlərinə məkanlarını təhvil vermək. 18 may tarixində isə layihənin açılışı həyata keçiriləcəkdir. Əgər siz də açılışda iştirak edərək, layihə haqqında ətraflı məlumat əldə etmək, həmçinin bizə dəstək olmaq istəyirsinizsə, sizi aramızda görməkdən məmnun olarıq. Giriş sərbəstdir. Ünvan: Malakan məbədi (S.Rustəmov 15 a, 28 May m/s yaxınlığı) Tarix: 25 may 2019, Saat 19:30

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 210
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 374
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 67
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 66
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1081
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 547
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 302
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 552
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 164
VI Azərbaycan Astron...