“Tarixi abidələrimizin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” adlı layihəsinin icrasına başlanılmışdır

“Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının

Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi

Şurasının maliyyə dəstəyi ilə “Tarixi abidələrimizin təbliği

istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” adlı

layihəsinin icrasına başlamışdır. Layihə Binəqədi rayonu Ə.Ələskərov adına 244 saylı tam

orta məktəbin V-VI sinif şagirdlərin iştirakı ilə 15 may – 15 avqust 2019-cu il tarixlərində

Bakı şəhəri və digər rayonlarda həyata keçiriləcəkdir.

Layihənin məqsədi - təhsildə qeyri - formal təhsil növünü tərtib etmək ilə, şagirdlərin

keyfiyyət göstəricilərinin yüksəlməsinə və xalqımıza məxsus tarixi və mədəni irsin

öyrənilməsi istiqamətində bilik bazasının genişlənməsinə nail olmaqdır.

Layihənin hazırlıq mərhələsi bitdikdən sonra, cəlb olunacaq Mədəniyyət Nazirliyinin

rəsmi bələdçisi - Gülşən Abbasovanın iştirakı ilə təlimlər keçiriləcək və bu təlimlər zamanı

layihə iştirakçıları – məktəblilərə tədris olunan dərslik materiallarından əlavə olaraq tarixi

abidələr, dahi şəxsiyyətlər və mədəni irsimiz haqqında yeni və maraqlı məlumatlar

veriləcək.

Layihənin ikinci mərhələsində təlimlərlə yanaşı “İçərişəhər” və “Atəşgah məbədi” Dövlət

Tarix-Memarlıq Qoruğları, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və s. tarixi

məkanlara infoturlar, həmçinin, Qobustan, Qəbələ, Şəki və Quba rayonlarında tarixi

abidələrin yerləşdiyi yerlərə səfərlər təşkil olunacaq. İcra etdiyimiz layihə, təhsil sahəsində

həyata keçirdiyimiz layihələrin davamı olaraq, şagirdlərin bilik bazasını zənginləşdirəcək,

tarixi və mədəni irsimizin öyrənilməsinə marağı artıracaq və gələcəkdə təhsildə yeni

uğurlara imza etməyə sövq edəcək. Layihəyə 22 nəfər məktəblinin iştirakı ilə 3 ay davam

edəcək.

"Bakı Gənclər Klubu" ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il

Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “BGK” İB Azərbaycan

Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), "GUAM Dövlətləri

Gənclər Təşkilatlarının Forumu" və “Azərbaycan Kiber İdman Federasiyası”nın təsisçisi

və fəal üzvüdür.

Paylaş