Çərşənbə axşamı, 21 Oktyabr, 2025

“TƏBİƏTİMİZİN SOVQATI” adlı Respublika uşaq rəsm müsabiqəsi


  • Dərc edildi: 8 İyul, 2023 - 00:13
“TƏBİƏTİMİZİN SOVQATI” adlı Respublika uşaq rəsm müsabiqəsi

==========================
“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə “TƏBİƏTİMİZİN SOVQATI” adlı Respublika uşaq rəsm müsabiqəsi elan olunur.
Yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-a qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini [email protected] ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.
Müsabiqənin mövzusu:
Necə bir təbiəti qoruma nişanı asardım!
• Ölçü və texnika sərbəstdir.
• Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir.
• Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək!
• Sərgilənməmiş - yeni əsərlər görmək istərdik!
• Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.
• Seçim 10-17 yaş kateqoriyasında aparılacaq.
• Sərgilənmək üçün 150 əsər seçiləcək
• Sərgilənən əsərlərin müəlliflərinə setifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.
• Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq.
• Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
• Əlavə suallar üçün 051-310-74-01 nömrəsinə zəng və ya “WhatsApp” vasitəsilə müraciət edə bilərsiniz.

Ən Son Məqalələr

“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 19
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 15
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 129
Dövlət İmtahan Mərkə...
“ASTRONOMİYA OLİMPİADALARI: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib
15 Oktyabr, 2025 - 17:02 31
“ASTRONOMİYA OLİMPİA...
“Astronomiya Olimpiadaları: Məsələlər və onların həlləri”kitabının təqdimatı!
14 Oktyabr, 2025 - 12:45 32
“Astronomiya Olimpia...
Niyə CV göndərirsən, amma geridönüş almırsan?
12 Oktyabr, 2025 - 01:28 37
Niyə CV göndərirsən,...