Çərşənbə, 8 Aprel, 2026

"Təcəssüm (Kaat'ı Sənəti və Rəssamlıq)" - Sərgi


  • Dərc edildi: 28 İyun, 2018 - 07:15
"Təcəssüm (Kaat'ı Sənəti və Rəssamlıq)" - Sərgi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Retro Holding və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il 7 iyul tarixində saat 11:00-da Xətai Sənət Mərkəzində “Təcəssüm (Kaat’ı Sənəti və Rəssamlıq)” çərçivəsində İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin fərdi keçiriləcəkdir. İnci Aksu 1973-cü il aprelin 25-də İzmir şəhərində anadan olmuşdur. 1999-ci ildə İzmir şəhəri “Əl Sənətləri” kursunda təhsil almış və Kaat’ı Sənəti dərslərini Ertuğrul Özkasnaklı’dan öyrənmişdir . İnci Aksu 7 ildir Kaat’ı Sənətini, İzmir şəhərində fərdi kursda tədris etməkdədir . 2011-2017 illər ərzində 5 dəfə Fərdi Kursant Sərgiləri keçirilmişdir. İnci Aksu ilk dəfə olaraq Bakı-da Kaat’ı Sənətinin gözəlliklərini nümayiş etdirəcəkdir. Nicat Muxtarlı 1992-ci il mart ayının 22-də Bakı şəhərində anadan olmuşdur. 2001-2002-ci illərdə Pionerr kursunda rəsm dərsi almışdır. 2009-2013 illərdə Azərbaycan Dövlət Turizm İnstitutunda, 2014-2015-ci il ərzində İzmir Ekonomi Universitetində Magistratura

, 2016- ci ildən isə Azərbaycan Qərb Universitetində Doktorantura təhsili almaqdadır. Hal-hazırda rəsm iə fərdi məşğul olmaqdadır, Bakıda və İzmir şəhərində bir çox sərgilərə qatılmışdır. İlk fərdi sərgisi İzmir şəhərində daha sonra 2-ci fərdi sərgi İzmir Dövlət Balçova Mədəniyyət Mərkəzində və 2017- ci ildə İnci Aksu ilə birlikdə fərdi sərgisi keçirilmişdir. Növbəti sərgi iyul ayının 7-də Bakı şəhəri Xətai Sənət Mərkəzində keçiriləcəkdir. Aysel Güneş 1983-cü il dekabr ayının 12-də Bakı şəhərində anadan olmuşdur. 36 sayli Musqisi Məktəbini bitirdikdən sonra (fortepiano üzrə), Asəf Zeynallı adına musiqi kollecinə qəbul olunub. 2000-2014 illər ərzində Pianist, Konsertmestr olaraq işləyir, 2000-2012 illər ərzində “Milli Festivallara və tədbirlərə” , 2002-ci ildə “Morskovskiy Etüd”- də ifa etmişdir. 2016-cı ildən Kaat’ı Sənəti ilə məşğuldur. Sərgi iyul ayının 7-də başlayacaqdır. Sərgiyə giriş sərbəstdir. Xətai Sənət Mərkəzinin ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 62

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 16
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 16
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 276
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 454
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 106
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 100
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1154
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 611
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 338
Məktəblilər üçün "FI...