Cümə, 12 Dekabr, 2025

TechCentrum: Data Science və Data Engineering


  • Dərc edildi: 15 Yanvar, 2019 - 04:39
TechCentrum: Data Science və Data Engineering

TechCentrum İnformasiya Texnologiyaları sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Texnologiyanın həyatımızın əsas parçasına çevrilməsi ilə birlikdə fərqli vasitələrlə iri həcmli məlumatlar yığılır. Bu məlumatlarda bizim həyat tərzimiz, istəklərimiz, hətta psixologiyamız gizlənib. Data Science bu məlumatları üzə çıxarır və onlardan bizneslər üçün uğurlu modellər qurur. Bu sahə internetdə istifadəçiyə uyğun reklamları göstərmək üçün, bank müştərilərinə onların əməliyyat tarixçəsinə uyğun təkliflər etmək üçün, obyektlərin vizual olaraq tanınması üçün, insan nitqinin tanınması üçün və s. istifadə oluna bilir. Bunun üçün Data Science və Data Engineering mütəxəssisləri birlikdə çalışır və faydalı nəticələr ortaya çıxarırlar. Bu iki sahə bir-birindən çox asılı olsa da, hər birinin yekun nəticə üçün fərqli rolları var. Data Engineering mütəxəssislərinin məsuliyyətləri verilənlər bazalarının idarə olunmasını, performansının yüksəldilməsini əhatə etdiyi halda Data Science mütəxəssisləri bu verilənlərdə gizlənmiş məlumatların araşdırmasını və əhəmiyyətli modellərin qurulmasını təmin edir. Hal-hazırda bu sahələr kifayət qədər inkişaf edib və həyatımızda uğurlu şəkildə tətbiq olunur. Bu sahələrin real istifadə sahələri, tətbiq metodları, iş imkanları haqqında məlumatlar və bu sahənin mütəxəssisləri olmaq üçün hansı yollardan keçmək lazım olması TechCentumun təşkil etdiyi seminarda Ramin Orucov və Kamil Ələsgərov tərəfindən ətraflı şəkildə danışıla

caq. ?Tarix: 26 yanvar 2019 ⏰Vaxt: 12:00-14:00 Qeydiyyat linki: https://goo.gl/forms/W3UiWA5nC8kHXd2C2 Qeydiyyatın son günü 23 Yanvar 17.00 ?Ünvan: “The Office” kovörkinq mərkəzi, Bəşir Səfəroğlu 215, Nizami kinoteatrının yanı ✔Tədbirdə iştirak ödənişsizdir. Spikerlər haqqında: Ramin Orucov -İKT üzrə 10 ildən artıq professional təcrübəyə malikdir. -2009-2016-cı illər ərzində Azercell Telecom şirkətində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Məlumat xidmətləri bölümünün rəhbəri vəzifəsində işləmişdir. -2016-cı ilin noyabr ayından 2018-ci ilin iyul ayına kimi Polşanın Luxoft şirkətində aparıcı proqramçı-big data mühəndisi kimi çalışmışdır. -2018-ci ildə yaratdığı ITCITY şirkətinin texniki direktoru, itcity.academy-nin həmtəsisçisi və təlimçisidir. -Java, Oracle, Big data və Cloud texnologiyaları mütəxəssisidir. Kamil Ələsgərov -Bank sektorunda data analizi və risklərin idarə edilməsi sahəsi üzrə 10 illik təcrübə malikdir. -Statistika, Ekonometrika və Əməliyyatların tədqiqi (Operations Research) sahələri üzrə İqtisad, Xəzər və ADA universitetlərində dərs deyib. -Baker Tilly Azerbaijan-da risk sahəsi üzrə layihə meneceridir və Azərbaycan maliyyə sektorunda data science-in tətbiqi ilə məşğuldur. -"Data science və machine learning essentials" mövzusunda treninqlər aparır. Əlavə məlumat üçün [email protected] ünvanına və ya 0508680078 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 61
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 16
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 13
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 55
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 632
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 217
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 201
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 538
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 564
Qubadlıya öz sahiblə...