“Tədbirlərin təşkili” mövzusunda ödənişsiz təlim kursu

"British Council" ASAN Radio və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə 31 yanvar–2 fevral 2018-ci il tarixlərində "Selector PRO" layihəsi çərçivəsində “tədbirlərin təşkili” mövzusunda təlim kursu təşkil edəcək.

YARAT Mərkəzində keçiriləcək təlimdə Birləşmiş Krallıqdan və Azərbaycandan olan aparıcı musiqi xadimləri – nəzəriyyəçi və praktiklər bir araya gələcək. Üç gün davam edən təlimlər silsiləsində tədbirlərin təşkili, o cümlədən, tədbirlərin planlaşdırılması və konsepsiyasının hazırlanması, auditoriyanın seçilməsi, marketinq, reklam və təşviqat, canlı ifaların təşkili, layihələrin idarə edilməsi, sağlamlıq və əmək təhlükəsizliyi, qanunvericilik və texnologiya kimi məsələlərin bütün aspektlərinə peşəkar nöqteyi-nəzərdən yanaşılacaq. İntensiv təlim kursunu britaniyalı tədbir təşkilatçısı və təlimatçı Dan Tsu (Londonun BIMM musiqi məktəbi/Lyrix Organix hərəkatı) aparacaq.

Cədvəl:
31 yanvar / 1 fevral / 2 fevral
10.00 – 12.00 – I mərhələ
12.00 – 13:00 – nahar fasiləsi
13.00 – 15.00 – II mərhələ
15.00 – 15.30 – fasilə
15.30 – 17.00 – III mərhələ

Seminar ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə aparılacaqdır.

QEYD: Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.

Qeydiyyat üçün: https://www.britishcouncil.az/events/event-management-training

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə - Çoxtəyinatlı zal)
Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın.

Dan Tsu – tədbir təşkilatçısı, pedaqoq, "Lyrix Organix" şirkətinin təsisçisi və direktorudur. Gəncləri dəstəkləmək və xeyriyyə məqsədilə təşkil etdiyi - canlı musiqi, poeziyanın və hip-hop musiqi janrının qarşılıqlı əlaqəsini araşdıran tədbirlər ona şöhrət qazandırmışdır.

Dan Tsu həmçinin gənclərin maarifləndirilməsi proqramı üzrə kordinator və spikerdir. O, gənc istedadlara dəstək göstərmiş və Ed Şiran, Akala və Keyt Tempest kimi istedadlarla sıx şəkildə əməkdaşlıq etmişdir. Bunun yanaşı o, Londonun aparıcı musiqi təhsili ocağı BIMM-də “Musiqi biznesi” bakalavr kursunun “Tədbirlərin təşkili” bölməsinin rəhbəri qismində fəaliyyət göstərir. Dan Tsu "Roundhouse" konsert zalı, London Meriyası, "Gənclərin Beynəlxalq İncəsənət Festivalı" (International Youth Arts Festival) və "Cardboard Citizens" teatrı üçün gənclərin maarifləndirilməsi istiqamətində müntəzəm olaraq əhəmiyyətli proqramlar işləyib hazırlayır.

Dan Tsunun portfoliyası: Qlastonberi festivalı (The Rum Shack), Birləşmiş Krallıq "Beatbox" Çempionatı, Brayton festivalı, "Woodland" Fondu və "British Council" (Sudan, Efiopiya, Rusiya). O, həmçinin London Meriyası (GLA), 2012-ci ildə Londonda keçirilən "Showtime Festival", "Roundhouse" konsert zalı və "Kings Place" mərkəzi üçün böyük tədbirlər və ekskursiyalar təşkil etmişdir.

https://www.britishcouncil.az/events/event-management-training

__________
British Council в сотрудничестве с радио ASAN и Пространством современного искусства YARAT в рамках проекта Selector PRO в Центре YARAT проведет трехдневный тренинг по организации мероприятий, во время которого соберет ведущих музыкантов – теоретиков и практиков из Великобритании и Азербайджана. Эта серия трехдневных мастер-классов расскажет обо всех аспектах событийного менеджмента с профессиональной точки зрения, включая планирование и разработку концепции мероприятия, выбор аудитории, маркетинг, рекламу и продвижение, организацию живого исполнения музыки, управление проектами, затронет вопросы техники безопасности, правовые и технологические нюансы. Интенсивный курс будет вести британский event- продюсер и коуч Дэн Цу (музыкальная школа BIMM в Лондоне/движение Lyrix Organix).

Мастер-класс пройдет на английском языке с последовательным переводом на азербайджанский.

РЕГИСТРАЦИЯ (!) Количество мест ограничено!
Для принятия участия вам необходимо зарегистрироваться:

https://www.britishcouncil.az/events/event-management-training

Расписание:
31 января/ 1 февраля/ 2 февраля
10.00 – 12.00 – СЕССИЯ 1
12.00 – 13:00 – обед
13.00 – 15.00 – СЕССИЯ 2
15.00 – 15.30 – перерыв
15.30 – 17.00 – СЕССИЯ 3

Место: Центр Современного Искусства YARAT (пос.Баилово, Площадь Национального Флага), +99412 505 1414

Дэн Цу – event-продюсер и педагог, основатель и креативный директор «Lyrix Organix». Его компания специализируется на организации мероприятий на стыке живой музыки, поэзии и хип-хоп культуры, продвигающей молодежные идеи и преследующей благотворительные цели.
Дэн работал над организацией фестиваля Гластонбери (вечеринка The Rum Shack), UK Beatbox Championships, Woodland Trust и British Council (Судан, Эфиопия, Москва). Она организовывала крупные мероприятия и экскурсии для Лондонской мэрии, Showtime Festival London 2012, Раундхауз и Kings Place. Предпочитая работать с юными дарованиями, он тесно сотрудничает с такими исполнителями как Эд Ширан, Акала и Кейт Темпест.
Тсу известен как активный куратор, лектор и ведущий преподаватель курса по event-менеджменту в музыкальной школе BIMM в Лондоне (BA (Hons) Music Business, BIMM London). Он регулярно разрабатывает крупные молодежные образовательные программы для The Roundhouse, мэрии Лондона, International Youth Arts Festival и Cardboard Citizens.

http://www.bimm.co.uk/study/tutors/london/dan-tsu/

__________
The British Council in collaboration with ASAN Radio and YARAT Contemporary Art Space will organise a three-day Event Management Training within the Selector PRO project, bringing together leading music theoreticians and practitioners from the UK and Azerbaijan during 31 January and 2 February 2018 at YARAT. This 3-day series of master-classes will give a professional insight into the spectrum of event management, including event design and planning, audiences, marketing, promotion, people in live music, project management, health and safety, law and technology. The intensive training will be delivered by the British Event Producer and Educator Dan Tsu (BIMM London/Lyrix Organix).

The training will be in English and translation in Azerbaijani will be provided.

NOTE (!) We kindly ask you to REGISTER by filling the form:

https://www.britishcouncil.az/events/event-management-training

Workshop timetable:
31 January/ 1 February/ 2 February
10.00am – 12.00pm – SESSION 1
12.00pm – 1.00pm – lunch
1.00pm – 3.00pm – SESSION 2
3.00 – 3.30pm – break
3.30 – 5.00pm – SESSION 3

Venue: YARAT Contemporary Art Centre, 2 floor, Multifunctional Room
Address: Bayil, Sabail District, Baku (Near the National Square)

Dan Tsu is an event producer and educator – and the founder and director of Lyrix Organix. Renowned for boundary-pushing events that explore the nexus of live music, poetry and hip hop, to promote youth and charitable causes. His current portfolio includes Glastonbury Festival (The Rum Shack), UK Beatbox Championships, Brighton Festival, Woodland Trust and The British Council (Sudan, Ethiopia, Moscow). He has also produced major events and tours for the Mayor of London (GLA), London 2012, The Roundhouse and Kings Place. With a reputation for championing and collaborating with young talent, he has worked closely with the likes of Ed Sheeran, Akala and Kate Tempest. A passionate youth education facilitator, speaker and Event Management module leader (BA (Hons) Music Business, BIMM London), Dan regularly develops major youth education programmes for the likes of The Roundhouse, Mayor of London, International Youth Arts Festival and Cardboard Citizens.

http://www.bimm.co.uk/study/tutors/london/dan-tsu/

Paylaş