Cümə axşamı, 9 Aprel, 2026

Təqdimat Bacarıqları - intensiv praktiki təlim


  • Dərc edildi: 12 Fevral, 2018 - 23:58
Təqdimat Bacarıqları - intensiv praktiki təlim

Hər birimizə həyatımızın müxtəlif sahələrində təqdim etmə bacarığı lazım olur. İstər özümüzü istərsə də hazırladığımız layihəni, işimizi təqdim etmək ehtiyacı yaranır. Amma buna baxmayaraq bir çoxlarımız təqdimat edərkən ciddi problemlərlə qarşılaşır və yaxud bunu etməkdən çəkinirik. Halbuki təqdim etmə məsələsinə sistemli yanaşmaq və strukturlu təqdimat hazırlamaq bizi digərlərindən fərqləndirə bilər. Nəzərə alsaq, ki insanların ölümdən sonra 2-ci qorxusu kütlə qarşısında çıxış etməkdir elə buna görə də bu bacarıqlarımızı maksimum tez inkişaf etdirməliyik. Business Club Azerbaijan və AYAFE Gənclər Təşkilatı bunları nəzərə alaraq sizlər üçün “Təqdimat Bacarıqları” təlimini təqdim edir. Təlimdə iştirak edərək siz aşağıdakı suallara cavab tapa biləcək və qeyd olunan punktları detallı olaraq öyrənə biləcəksiniz: • Təqdimat nədir? • Təqdimat bacarıqları hansıdır? • Niyə təqdimat bacarıqlarımızı inkişaf etdirməliyik? • Effektiv təqdimatdan nə gözləyirik? • Təqdimatın növləri • Təqdimat etmək qorxusu • Təqdimat qorxusunun göstəriciləri • Təqdimat qorxusunu necə məğlub etmək olar? • Effektiv təqdimatlar hazırlamaq üçün 6 addım • Təqdimatın mərhələləri • Təqdimatda 4 P • Təqdimatda 5W 1H • A.U.D.İ.E.N.C.E analiz • Təqdimatın strukturu • Təqdimat zamanı diqqəti üzərinizə toplamağın yolları • İştirakçıların maraq dairələrinə təsir edən faktorlar • İştirakçılar sual soruşanda nə etm

əli? • Uğursuz təqdimatın addımları Təlimçi: Əli Tağızadə - Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Bir sıra biznes, fərdi inkişaf, menecment layihələrində Layihə rəhbəri, Biznes təlimçi, Koordinator kimi müxtəlif vəzifələr üzrə çalışmışdır. CV&Interview, Təqdimat bacarıqları, Biznes Planların hazırlanması, Menecment, Araşdırma sahələri üzrə 3 illik təlimçilik təcrübəsinə malikdir. İndiyə qədər 500-dən çox şəxsə effektiv CV hazırlanması, Müsahibəyə hazırlıq, Təqdimat bacarıqları sahələri üzrə təlim keçmişdir. Hazırda beynəlxalq araşdırma şirkəti olan “Business Insight International Research Group”-da Layihə Meneceri vəzifəsində çalışır. Eyni zamanda şirkətdaxili təlimçidir. Tarix: 18.02.2018 Saat: 16:00 İştirak ÖDƏNİŞSİZDİR. Qeydiyyat üçün link: https://goo.gl/forms/WUfmIaeNGbVgPsEk2 Əlaqə: (050) 710 01 55 (012) 436 79 80 Ünvan: Murtuza Muxtarov küç. 188, 34 (Caspian Plaza ilə üzbəüz) Xəritədə ünvan: goo.gl/1GIFhz

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 20
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 19
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 280
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 457
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 109
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 102
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 340
Məktəblilər üçün "FI...