Çərşənbə, 1 Aprel, 2026

«Tətilə gedin!» adlı Vintaj poster sərgisi


  • Dərc edildi: 14 Aprel, 2018 - 16:34
«Tətilə gedin!» adlı Vintaj poster sərgisi

İsveçrənin Azərbaycandakı səfirliyi bu ilki Frankofoniya həftələrində böyük məmmuniyyətlə, geniş ictimaiyyətə ünvanlanmış «Tətilə gedin!» adlı Vintaj poster sərgisini təqdim edir: Məmmuniyyətlə hər kəsi aprelin 13-ü, saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyində sərginin açılışına dəvət edirik. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İsveçrə Səfiri və tərəfdaş təşkilatı olan Tourism Switzerland-ın nümayəndəsi iştirak edəcək. «Tətilə gedin!» adlanan sərgi bir əsr ərzində (1971-2017) İsveçrədə turizmi təşviq edən vintaj posterlərin gözəl seçimindən ibarətdir. Tarixi və rəssamlıq baxımından dəyərli posterlərin geniş kolleksiyası «Switzerland Tourism» təşviqat assosiasiyasının

100 illik yubileyi münasibəti ilə ötən il İsveçrənin bir sıra muzeylərində nümayiş olunub. Bəzilərinin əllə çəkildiyi vintaj posterlər İsveçrə tarixinə şahidlik edir, bizim bir sıra məşhur istirahət məkanlarını təsvir edir və bu posterlərdə toxunulmamış təbiət və landşaft, infrastruktur, idman tədbirləri və insanlar kimi gözəl motivlər seçilib. İsveçrə səfirliyi partnyor və sponsorlara, xüsusən də Milli İncəsənət Muzeyi, Mədəniyyət və Turizm Nazirliyinə, «Switzerland Tourism»ə (cənab Federico Sommaruga), Trans Adriatik Boru Kəməri (TAP) və İsveçrənin enerji ticarət şirkəti olan Axpo Holdinqə təşəkkür edir. Sərgi aprel ayının 28-dək Azərbaycan Milli İncəsənət Muzeyində açıq olacaq. Sərgiyə giriş pulsuzdur.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 234
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 404
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 85
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 79
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1111
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 566
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 314
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 567
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 174
VI Azərbaycan Astron...