Bazar, 26 İyul, 2026

Torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə - Mükafat 500 $


  • Dərc edildi: 25 May, 2020 - 15:13
Torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə - Mükafat 500 $

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və onun Qlobal Torpaq Tərəfdaşlığı proqramı Qlobal Simpozium çərçivəsində torpaq biomüxtəlifliyi (Soil Biodiversity) mövzusunda foto və video müsabiqə elan edib. AZƏRTAC xəbər verir ki, qaliblər 500 ABŞ dolları məbləğində mükafat qazanacaq. Müsabiqə iki əsas kateqoriyaya bölünür. Hər iki kateqoriya üzrə iştirakçılar mikroskop yaxud istənilən cihazla çəkilmiş yüksəkkeyfiyyətli şəkillər və ya qısa videolar, yavaşladılmış çəkilişlər təqdim edə bilərlər. Hər kateqoriya üzrə 5 seçilmiş finalçıya əlavə mükafatlar veriləcək.

Onlar müxtəlif hədiyyələr, sertifikatlar əldə edəcək və onların işləri çap olunaraq Topraq Biomüxtəlifliyi mövzusunda Qlobal Simpozium zamanı FAO-nun foyesində, eləcə də BMT/FAO-nun internet və sosial media səhifələrində nümayiş olunacaq və müsabiqənin qaliblərinə həsr ediləcək xüsusi məqalədə yerləşdiriləcəkdir. Müraciət etmək üçün iştirakçılar əvvəlcə qeydiyyat formasını doldurmalıdır. Materiallar iyunun 30-dək [email protected] elektron ünvanına göndərilməlidir. Müraciətçilər foto/video işlər üzərində müəlliflik hüququna sahib olmalı və müəllifin özü tərəfindən çəkilməlidir. İşlər müsabiqədən qabaq istənilən tarixdə çəkilmiş ola bilər. Əlavə məlumatı fao.org saytından əldə etmək olar.  

Ən Son Məqalələr

Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 80
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 27
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 228
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 316
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 431
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 382
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 430
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 621
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 945
Xanımlar üçün Founda...