Toyota Abşeron Mərkəzi sizi “TOYOTA XƏYALLARIMDAKI AVTOMOBİL” rəsm müsabiqəsində iştiraka dəvət edir.
Toyota böyük avtomobil şirkəti olaraq cəmiyyətə sosial fəaliyyət sahəsində töhfələr verir. Avtomobil şirkəti olaraq hər il “TOYOTA XƏYALLARIMDAKI AVTOMOBİL” müsabiqəsinin ölkəmizdə təşkilinə səy göstərir və eyni zamanda yüksək səviyyədə keçirilməsinə can atır. Təşkil edilən rəsm müsabiqəsi bütün dünyada uşaqların xəyallarının və təxəyyülünün inkişaf etdirilməsinə dəstəyin bir hissədir. Beynəlxalq müsabiqə hesab edilən “TOYOTA XƏYALLARIMDAKI AVTOMOBİL” yarışması dünyanın bir çox ölkələrində keçirilir. Bu rəsm müsabiqəsi dünyanın hər yerindən uşaqları xəyallarındakı avtomobilləri çəkərək gələcəyin nəqliyyatı barədə ideyalarını paylaşmağa dəvət edir. Tədbir həmçinin uşaqların təxəyyülünün və bədii ifadə qabiliyyətinin sənət əsərlərinin yaradılması yolu ilə təkmilləşdirilməsi üçün nəzərdə tutulub.
Müsabiqə Milli Müsabiqə və Beynəlxalq Müsabiqə mərhələlərindən ibarətdir. Milli Müsabiqənin qalibləri öz ölkələrini Yaponiyada keçiriləcək Beynəlxalq müsabiqədə təmsil edəcəklər.
Milli Müsabiqənin ilk mərhələsi, yəni rəsm əsərlərinin qəbulu 1 Noyabr 2018 tarixindən 30 Noyabr 2018 tarixinədək davam edəcək. Mütəxəssislərin seçimindən sonra qaliblərin adları Dekabrın 22-si təşkil edilən tədbirdə açıqlanacaq.
İştirakçıların nəzərinə:
Müraciət müddəti - Noyabr 1 2018 - Noyabr 30 2018
Rəsmlərin qəbulu üçün əlaqə vasitələri:
Tel.: +994 12 349 00 60 / *0110
+994 55 323 50 71
[email protected]
Müraciət edə bilər - Yaşı 15 və ondan aşağı olan və iştirakçı ölkələrdə yaşayan uşaqlar
Yaş kateqoriyaları:
I Kateqoriya: 8 yaşdan aşağı
II Kateqoriya: 8-11 yaş arası
III Kateqroiya: 12-15 yaş arası
Rəsmlərə tələblər:
• Kağız ölçüsü: 400mm x 550mm (15.7-21.7in.) və ya daha kiçik;
• A3 ölçüsü və ya tabloid ölçüsü tövsiyə olunur (A4, dördlük və səkkizlik ölçülər də qəbul edilir) ;
• Kağızın rəngi, materialı və forması istəyə uyğun seçilə bilər;
• Rəsmlər çərçivədə nümayiş ediləcək/saxlanacaq. Beləliklə, işlər blank da daxil olmaqla 5mm-dən qalın olmamalıdır
• Rəsm materialları: İstənilən
• Rəngli qələmlər, flomasterlər, karandaşlar və ya boyalar daxil olmaqla istənilən vasitələrdən istifadə etmək olar;
• Hamar rəsmlər üçün kollajlar və ya kəsilmiş şəkillərə izn verilir, digər rəsmləri çirkləndirən və ya xüsusi qulluğa ehtiyacı olan işlər isə istisna edilir.
Qəbul olunmayan rəsmlər
• Kompüter və ya digər müvafiq cihazlarda hazırlanmış KQ rəsmlər qəbul edilməyəcək;
• Bir neçə şəxs tərəfindən çəkilmiş birgə işlər qəbul edilməyəcək;
• İştirakçıdan başqa şəxs tərəfindən çəkilmiş rəsmlər qəbul edilməyəcək;
• Natamam müraciət blankları və çatışmayan informasiya ilə göndərilmiş rəsmlər qəbul edilməyəcək;
• Rəqəmsal üsulla yaradılmış işlər qəbul edilməyəcək
Tədbir 22 Dekabr saat 12:00 də TOYOTA ABŞERON MƏRKƏZİNDƏ baş tutacaq.