Çərşənbə, 1 Aprel, 2026

Turizm Reyestri ilə bağlı maarifləndirmə tədbirlərinə start verilib


  • Dərc edildi: 20 İyul, 2023 - 05:15
Turizm Reyestri ilə bağlı maarifləndirmə tədbirlərinə start verilib

  İyulun 19-da Dövlət Turizm Agentliyi tərəfindən turizm bələdçiləri üçün Turizm Reyestrindən istifadə ilə bağlı onlayn maarifləndirmə tədbiri keçirilib. Tədbirdə ölkə üzrə vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sistemində qeydiyyat, təsnifat və qiymətləndirmə mərhələlərindən keçmə prosedurları izah edilib, sistemdən istifadə ilə əlaqəli iştirakçıları maraqlandıran məqamlarla bağlı müzakirələr aparılıb. Qeyd edək ki, iyulun 14-də turizm agentlikləri ilə keçirilən analoji görüşdə də Turizm Reyestrinin fəaliyyət prinsip və mexanizmləri təqdim olunub, Reyestrin turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmçinin həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə formalaşdırıldığı diqqətə çatdırılıb. İştirakçılara “Turizm haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblər ətraflı izah edilib, suallar cavablandırılıb. Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən turizm sənaye nümayəndələri (turizm

şirkətləti, yerləşmə vasitələri, turizm bələdçiləri) üçün bu növ silsilə maarifləndirmə tədbirlərinin cari ilin avqust ayının sonunadək davam etdirilməsi planlaşdırılır. Maarifləndirmə tədbirlərinə qatılmaq istəyən turizm sənayesi nümayəndələri [email protected] elektron poçt ünvanına “Turizm İnformasiya Sistemi” başlığı altında elektron müraciətlərini ünvanlaya bilərlər. Xatırladaq ki, “Turizm haqqında” qanunun 8.1, 8.2, 13.2-ci maddələrinə əsasən turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməli, müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlamalı və həmin məlumatları Turizm Reyestrinə daxil etməlidirlər. Həmçinin “Turizm haqqında” qanunun 9.1. və 13.3-cü maddələrinə əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməli və ulduz kateqoriyasının müəyyən edildiyi tarixdən etibarən 15 gün müddətində məlumatları Turizm Reyestrinə daxil etməlidir.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 234
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 404
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 85
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 79
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1111
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 566
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 314
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 567
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 174
VI Azərbaycan Astron...