Çərşənbə axşamı, 10 Fevral, 2026

Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər - Birinci Bakı Forumu


  • Dərc edildi: 21 Noyabr, 2018 - 22:04
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər - Birinci Bakı Forumu

26 yanvar 2019-cu il tarixində Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) təşəbbüsü və “Baku School of PR”, “Alibayov Communication & Consulting” və “PROAKTİV” PR şirkətlərinin təşkilatçılığı ilə “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu” keçiriləcək.   Forumun təşkilat qrupundan "Marja"ya verilən məlumata görə, forumun məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında və təcrübə mübadiləsi üçün yeni platforma yaratmaq və bu ölkələrdə ictimaiyyətlə əlaqələr sektorunun inkişafına töhfə verməkdir. Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumunun məhz Bakı şəhərində təşkil olunması ölkəmizin türkdilli dövlətlərin inteqrasiya mərkəzinə çevrilməsinin göstəricisidir. Foruma yerli və xarici qurumlar və ictimai siyasi xadimlər, o cümlədən, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özor
al, Türkiye Halkla İlişkier Dernegi (TÜHİD), Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistanın biznes və qeyri-hökümət təşkilatları, Türkdilli dövlətlərin Parlament Assambleyası və digərləri dəstək verirlər.   Forumda iştirak edəcək xarici qonaqlar üçün xüsusi mədəni proqram da təşkil olunacaq. Bu da bir daha Azərbaycanın mədəni-tarixi irsinin türk dünyası PR mütəxəssisləri tərəfindən təbliğ olunmasına imkan verəcək.   Qeyd edək ki, forumda Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssislərinin, həmçinin yerli şirkətlərdə çalışan 200-dən artıq PR mütəxəssisinin iştirakı nəzərdə tutulur. Yaxın günlərdə Forumun rəsmi saytı, sosial profilləri işə salınacaq və ictimaiyyət forumla bağlı bütün suallara oradan cavab tapa biləcəklər.   “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu” Təşkilat qrupu Daha ətraflı: Tel.: +99450 2136682

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 153
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 305
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 42
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 212
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 309
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 407
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 509
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 72
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 366
Ted1.az saytı SATILI...