Bazar ertəsi, 27 Aprel, 2026

Türkiyəli rəssamların “İzlər” adlı qrup sərgisi


  • Dərc edildi: 18 Aprel, 2019 - 03:12
Türkiyəli rəssamların “İzlər” adlı qrup sərgisi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 2019-cu il 18 aprel saat 14:00-da türkiyəli rəssamların “İzlər” adlı qrup sərgisi keçiriləcəkdir. Tədbir Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Türkiyənin Tekirdağ şəhərində fəaliyyət göstərən “Bakü Art” qalereyasının birgə təşəbbüsü ilə keçirilir. Türkiyənin Trakya Universitetinin Gözəl Sənətlər Fakültəsinin dekanı Prof. Melihat Tüzün və “Bakü Art” qalereyasının rəhbəri Elvira Allahyarova Yüksəl sərginin əsas təşkilatçılarıdır. Sərginin əsas məqsədi iki dövlət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi təbliğ etmək, onlara sahib çıxmaq və qrafika - kağızın sənətdə yeri və önəminə diqqəti cəlb etməkdir. Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, əsərlərdə insan və cəmiyyətin problemlərini ə

ks etdirən sujet xətti də yer almaqdadır. Ümumilikdə sərgidə 19 türkiyəli rəssamın müxtəlif janr və texnikalarda işlənmiş 60-dan artıq əsəri nümayiş olunacaqdır. “İzlər” adlı sərgidə - Melihat Tüzün, Mustafa Cevat Atalay, Şebnem Çayıroğlu, Cemile Tuna, Ayşe Anıl, Nurcan Perdahcı, Suna Özgürkaraalan, Elvira Allahyarova, Semir Avdic, Sakine Düzce, Ümit Özkanlı, Çiğdəm Kardan, Esen Süle, Bilge Doğru, Ayşe Özcan Koçak, Gül Diri, Füsun Sünnetçioğlu, Levent Yıldırım və Zeynep Serdar öz rəsm işləri ilə iştirak edirlər. Ekspozisiyada nümayiş olunan əsərlər müasir türk rəssamlarının qrafika sənətindəki uğurlarını əks etdirir. Sərginin rəsmi açılış mərasimi 18 aprel 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçiriləcəkdir. Qeyd edək ki, sərgi 2019-cu il 21 aprel tarixinədək davam edəcəkdir.

Ən Son Məqalələr

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 24
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 83
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 84
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 69
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 332
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 528
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 147
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 148
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1233
SOCAR-ın Sumqayıt və...