Cümə axşamı, 26 Mart, 2026

"Uğur bələdçiləri" layihəsinə start verildi


  • Dərc edildi: 28 Noyabr, 2018 - 18:25
"Uğur bələdçiləri" layihəsinə start verildi

"Yeni Yol" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi , Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Uğur bələdçiləri" layihəsini təqdim edir! “Uğur bələdçiləri” layihəsinin əsas məqsədi ölkə gəncləri arasında karyera planlaması, iş həyatını doğru anlama, gələcək karyeraya hazırlıq, bu kimi fəaliyyətlərin sistemli öyrənilməsi, mənsub olduqları gənc sosial sferada biliklərin aşılanması, onlara bir növ mayak rolu oynaması üçün gəncləri hazırlanmasında işlərin görülməsini özündə ehtiva edir. Layihə üç mərhələdə həyata keçiriləcək: Birinci mərhələ: 2 ay ərzində seçilmiş şanslı 25 nəfər gənc üçün silsilə təlimlər həyata keçiriləcək. Təlimlərin mövzuları: -"Karyera planlaması və əmək bazarı”, -“Rezyume hazırlanması”, -“İxtisas seçimi”, -“komanda işi”, -“Müsahibəyə hazırlıq”, -“Məqsədlərin təyin olunması və motivasiya”, -“Layihələrin idarə edilməsi” İkinci mərhələ: - Quba rayonunda əyləncəli 2 günlük "qış məktəbi" təşkil olunacaq. Üçüncü mərhələ: - Təhsil aldıqları universitetdə karyera planlam

ası və yuxarıda adını qeyd etdiyimiz mövzu və bu kimi digər uyğun sahələrdə tələbələr və öz yaxın ətrafları üçün “bələdçi” rolunu oynayacaqdır. İştirakçıların seçim meyarı: - 18-25 yaş arası gənclər; - Universitet və ya kollec tələbəsi olmalı; - Yüksək motivasiyalı və kreativ düşüncəyə sahib olması; - Təhsil aldığı müəssisədə aktiv biri olmalı; - Öyrənməyə və təcrübə paylaşımına həvəsli olmalı; Layihə üzrə seçimlərə qatılmaq üçün qeydiyyat linki; https://goo.gl/forms/9di70xPRtikdakLE3 Son qeydiyyat tarixi: 01.12.2018 Saat: 23:59 Ətraflı məlumat üçün: Ünvan: “ASK” Plaza Tbilisi, 27, Bakı, Yasamal, AZ1065, (012) 565 43 21 Elektron poçt ünvanı: [email protected] Layihə koordinatoru: Qəmər Babayeva Əlaqə : +994776415067

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 188
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 354
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 63
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 61
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1068
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 531
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 299
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 544
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...