Əziz dostlar!
GTD School Training Center Sizləri iş tapmaq və gələcək karyerada uğur qazanmağın üsulları mövzusunda baş tutacaq 3 hissəli “UĞURLU KARYERADA İLK ADDIM” adlı ÖDƏNİŞSİZ seminarında iştirak etməyə dəvət edir.. Bu proqram Sizlərin hazırkı iş həyatınızda və gələcək karyeranızda düzgün və uğurla irəliləmək, idarəetmə bacarıqlarına sahib olmaq üçün zəruri məlumatlar vermək məqsədi ilə hazırlanmış bir proqramdır.
Təlimin formatı:
Təlim üç fərqli mütəxəssis tərəfindən fərqli mövzularda keçiriləcək
1-ci hissə
Mövzular:
? Vakansiyanın axtarışı
? Universitetdə təhsil alan müddətdə ixtisas üzrə təcrübə
və staj keçmə imkanlarının araşdırılması
? İctimai işlərdə iştirak, könüllülük təcrübəsi
? CV/rezyume hazırlama, göndərmə, iş üçün müəssisə və idarələrə
məktubla/birbaşa müraciət qaydaları
? Müsahibəyə hazırlıq qaydaları
Təlimçi – Amin Məmmədov
Amin Məmmədov 2001-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya Fakültəsini bitirib, bakalavr dərəcəsi alıb. 2003-cü ildə həmin fakültədən fərqlənmə ilə Magistr dərəcəsi alıb. 2006-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ak. Həsən Əliyev Adına Coğrafiya İnstitutunda aspiranturada təhsil alıb. Coğrafiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi üzərində işləyir. Respublikamızda və ölkəmizdən kənarda Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi, BMT və digər beynəlxalq təşkilatların həyata keçirdiyi bir sıra layihələrdə müxtəlif vəzifələrdə mütəxəssis və menecer kimi işləyib. Hazırda beynəlxalq layihədə layihə rəhbərinin müavinidir. Layihə idarəetməsi, satınalma, strateji planlaşdırma, kommunikasiya və s. ilə əlaqədar sahələrdə 15 il peşəkar iş təcrübəsi və təlimçi təcrübəsi var. Azərbaycan, Türk, Rus və İngilis dillərini üzrə sinxron tərcüməçidir.
______________________________________________________
2-ci hissə
Mövzular:
? Bədən dili haqqında ümumi məlumat
? Bədən dilinin kateqoriyaları
? Müsahibədə bədən dilindən düzgün istifadə
? HR-la düzgün bədən dili kommunikasiyasının qurulması
? Bədən dilinin inandırmada əhəmiyyəti
Təlimçi – Rəşad Mehdizadə
PR və bədən dili üzrə mütəxəssisdir. Ali təhsilinin bakalvr pilləsini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, magistr pilləsini isə Türkiyə Bursları vasitəsi ilə Türkiyənin Marmara Universitetində PR ixtisası üzrə bitirib. Magistr dərəcəsini "Siyasal ikna sürecinde sözsüz iletişimin önemi: jest, mimik ve beden duruşu" elmi işi əsasında əldə edib. İxtisası üzrə Türkiyə və Gürcüstanda bir neçə beynəlxalq təlimlərdə iştirak edib. Türkiyədə Oracle və Unilever kimi şirkətlərə PR konsaltinq xidməti göstərib. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində PR mütəxəssis kimi çalışır.

3-cü hissə
Mövzular:
? İşə qəbul olunduqda kollektivdə birlikdə işləmə etikası,
rəhbərlik ilə subordinasiya, ünsiyyət qurma və təəssürat
yaratma bacarıqları
? Karyerada irəliləmə imkanları və əmək bazarında
rəqabətə davamlı olmaq
Təlimçi – Elşad Allahverdiyev
Elşad Allahverdiyev Mühasibat uçotu və həmçinin maliyyə işlərinin təşkili və idarə olunması üzrə mütəxəssisdir. Dünya Bankının və digər təşkilatların bir çox beynəlxalq layihələrində (Türkiyə, Misir, Polşa, Ukrayna, Tacikistan, İran, Gürcüstan, Rusiya Federasiyası) və təlimlərində iştirak etmiş Elşad müəllim peşəkar maliyyəçidir. Maliyyə və mühasibatlıq sahəsində 10 ildən çox iş təcrübəsinə sahibdir. Yerli və xarici şirkətlərdə maliyyə mütəxəssisi, “RBC Group Azerbaijan” -da Baş mühasib, “AES Group” – Maliyyə direktoru, ”Dünya Bankı (SCUPA)” – Maliyyə direktoru, “İntelligence Advisers” (Dubay Ticarət Palatası və Applus+ məsləhət xidməti) – Direktor vəzifələrində çalışmışdır. Hal-hazırda “CHINAR İnşaat” və “CHINAR İstehsalat” şirkətlərində direktor vəzifəsini icra edir.
Həmçinin dövlət orqanlarına və özəl müəssisələrə Maliyyə və Mühasibat uçotu üzrə bir çox təlimlər keçmişdir.

ⓘ Təlimdə iştirak üçün aşağıdakı linkdəki qeydiyyat formunu doldurmağınız xahiş olunur:
https://goo.gl/forms/NBs9Vk9oBlQmcaqP2
ⓘ Yerlərin məhdud olması səbəbindən erkən qeydiyyatdan keçməniz tövsiyə olunur! Təlimə seçilmiş şəxslər ilə əlaqə saxlanılacaq.
➡️TƏLİM DETALLARI
Keçirilmə tarixi 14.10.2018
Qeydiyyat: 11:30-12:00
1-ci hissə: 12:00-13:00
2-ci hissə: 13:00-14:00
Şəbəkələşmə və Kofe fasiləsi: 14:00-14:30
3-cü hissə 14:30-15:30
Sual-cavab paneli 15:30-16:00
Ünvan: GTD School baş ofis, Baki, Hüseyn Cavid prospekti 81, (Elmlər metro stansiyasının çıxışı, Mothecare olan binanın 6 cı mərtəbəsi)
Tarix: 14 Oktyabr 2018
Əlaqə:
+994 552037130
+994 552037139 (WhatsApp)
+994 124656105
[email protected]