Cümə axşamı, 30 İyul, 2026

UTGDİB aztəminatlı ailələrə dəstək oldu


  • Dərc edildi: 20 Noyabr, 2020 - 11:20
UTGDİB aztəminatlı ailələrə dəstək oldu

Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Pandemiya dövründə aztəminatlı ailələrə yardımların təşkili” layihəsini həyata keçirtdi. Bütün dünyanı lərzəyə salan, dünya iqtisadiyyatını çökdürən, insanların kütləvi ölümünə səbəb olan, insanların ağ ciyərlərini tamamilə sıradan çıxaran koronavirus (COVID-19) bizim də iqtisadiyyatdan yan keçməyib. Xəstəlik səbəbindən bir çox iş yerləri fəaliyyətini dayandırıb, insanlar çıxılmaz vəziyyətə düşüblər. Hər gün minlərlə insan öldürücü virusa yoluxur, yüzlərlə xəstə həyatını itirir. Azərbayc

an Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bunları nəzərə alaraq layihələrin əksəriyyətin imkansız, şəhid, yetim, qaçqın, işsizlərə yardım etmək üçün layihələrin bir çoxunu əhaliyə ərzaq yardımı göstərməyə ayırıb. Belə ki, UTGDİB bu sahədə əvvəldən də işlədiyinə görə “Araz” marketlər şəbəkəsi ilə müqavilə bağlayaraq, 20, 30 və 50 AZN dəyərində kuponlar hazır etdi. Bir neçə gün ərzində 89 aztəminatlı ailəyə kuponlar paylanılıb. Əlavə olaraq spirt, tibbi əlcək, bint və tibbi maska və COVID-19 haqqında maarifləndirici bukleti hər şəxsə hədiyyə edildi. Qeyd edək ki, layihənin rəhbəri Bəxtimşah Tağıyeva, təşkilatın sədri isə Tural Cəfərovdur.

Ən Son Məqalələr

Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 119
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 45
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 241
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 325
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 443
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 394
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 460
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 637
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 967
Xanımlar üçün Founda...