Çərşənbə axşamı, 24 Mart, 2026

VAKANSİYALAR: 5 şəhərdə yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu!


  • Dərc edildi: 26 Avqust, 2023 - 18:51
VAKANSİYALAR: 5 şəhərdə yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu!

25 avqust tarixindən etibarən peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılıb. Müsabiqədə yalnız müvafiq ixtisas üzrə ali təhsili olan namizədlər iştirak edə bilər. Yüksək texniki peşə təhsil səviyyəsi üçün peşəkar müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə, Qəbələ və Cəlilabad şəhərləri üzrə aparılır. Müsabiqə çərçivəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə ümumilikdə 5 şəhər üzrə 19 vakant yer elan olunub. Peşə təhsil müəssisələrinə sözügedən təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu 2 mərhələdən ibarətdir: Elektron müraciət mərhələsi və müsahibə mərhələsi. 30 avqust saat 18:00-dək davam edəcək I mərhələ zamanı müraciətçilərin "Müraciət forması"nı bölmələr üzrə tam doldurması tələb olunur. Müraciət zamanı hər bir namizədə yalnız bir şəhər üzrə ən çoxu 2 vakansiya seçmək hüququ verilir. İxtisas və peşə təhsil müəssisələri üzrə vakant yerlərin siyahısı ilə qeyd edilən keçiddən tanış ola bilərsiniz. Müsahibə mərhələsinə keçid almış uğurlu namizədlərlə anketdə qeyd edilən email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 1

0 gün ərzində əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, təhsil müəssisəsində tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir. Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanacaq namizədlər aşağıda qeyd olunan üstünlüklərdən faydalana biləcəklər. • Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək imkanı; • Yerli və beynəlxalq təlimlərdə iştirak; • Rəqabətli əmək haqqı; • Daimi və ya saat hesabı tədrisə cəlb imkanı. Elan edilmiş vakant yerlər yüksək texniki peşə təhsil səviyyəsinin tədris olunacağı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer almaqdadır. Vakansiya siyahısı Müraciət linki

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 133
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 279
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 55
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 54
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1058
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 508
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 291
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 536
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 157
VI Azərbaycan Astron...