Çərşənbə axşamı, 7 Aprel, 2026

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb


  • Dərc edildi: 2 Fevral, 2026 - 23:51
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

 

Fevralın 1-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında VI Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib. Onlayn şəkildə keçirilən olimpiadada iştirak etmək üçün 2133 nəfər şagird qeydiyyatdan keçib. 

Təşkilat komitəsinin qərarına əsasən toplam 100 baldan 65% və yuxarını, yəni ən az 65 bal toplayan iştirakçılar olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Finalda iştirak haqqı qazanan şagirdlərə yaxın günlərdə daha ətraflı məlumat veriləcək. 

Qeyd edək ki, VI Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsinin qalibləri Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Olimpiadaya hazırlıq dərsləri BDU və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən universitetdə və mərkəzdə təşkil olunacaq. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilmiş komanda üzvləri üçün Şamaxı Astrofizika Rəsədxanasında birhəftəlik yay düşərgəsi təşkil ediləcək. “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi isə məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər keçəcək.Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitunun dəstəyilə baş tutur.

VI Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 7
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 8
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 273
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 445
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 100
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 97
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1145
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 602
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 331
Məktəblilər üçün "FI...