Cümə, 11 Sentyabr, 2026

Vizual hekayələr: Küçə sənətinin (Graffiti) Misir İnqilabında rolu


  • Dərc edildi: 14 Dekabr, 2018 - 16:00
Vizual hekayələr: Küçə sənətinin (Graffiti) Misir İnqilabında rolu

Vizual hekayələr mühazirələr sessiyamızın bu dəfəki qonağı Gülarə Əliyeva küçə sənəti olan graffitinin Misir inqilabındakı rolundan bəhs edəcək. 2011-ci il Misirdə baş tutan, Hüsnü Mübarək rejiminin devrilməsi ilə nəticələnən "Ərəb Baharı" inqilabının iştirakçıları etiraz dalğalarını incəsənətlə gücləndirmiş, küçə teatr qrupları, yazıçılar, repçi və müğənnilər inqilabın aktiv iştirakçısı olmuşdur. Nümayiş dalğalarına movzunun əsas qəhrəmanları olan, boz divarlara inqilab ruhu qatan küçə və graffitti sənətçilər də qoşulmuş, etirazlarını özünəməxsus şəkildə ifadə etmişdilər. Sözügedən sənətkarların inqilab zamanı Misir cəmiyyətinin gələcəyə baxışının form

alaşmasına, fərqli düşüncə və fikirlərə açıq olmasına inanılmaz d'ərəcədə təsiri olmuşdur. Spikerimiz Gülarə Əliyeva, bu prosesesin necə başlandığını, ölkə miqyasında necə böyüdüyünü və hansı nəticələrə gətirib çıxardığının tədqiqatı ilə məşğul olmuşdur. Öz mühazirəsində o, xalq qəhramanlarından və küçə incəsənətinin nümayəndələri hansı şəkildə birləşdiyindən danışacaq. Mühazirəmizin spikeri - ərəbşünas mütəxəssis Gülarə Əliyevadır . O, Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin üzvü , "Radio Sharg " online radio platformasının layihə meneceridir. Tarix: 16 dekabr 2018-ci il Saat: 18:00 Məkan: Baku İdealab Caspian Plaza III korpus, 3-cü mərtəbə Giriş sərbəstdir

Ən Son Məqalələr

Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 83
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 469
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 211
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 393
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 468
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 586
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 563
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 772
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 794
Təcrübə proqramları ...