Cümə axşamı, 10 Sentyabr, 2026

Xaçmazda “Gənclərin Media Savadlılığının Artırılması” düşərgəsi başlayıb


  • Dərc edildi: 10 Sentyabr, 2023 - 00:00
Xaçmazda “Gənclərin Media Savadlılığının Artırılması” düşərgəsi başlayıb

Xaçmazda 6 günlük “Gənclərin Media Savadlılığının Artırılması” düşərgəsi başlayıb Sentyabrın 7-də “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Xaçmazda “Gənclərin Media Savadlılığının Artırılması” düşərgəsinin icrasına başlanılıb. EduOnline.Az xəbər verir ki, düşərgənin ilkin tanışlıq görüşündə layihənin əsas istiqamətləri, düşərgə çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı məlumatlar diqqətə çatdırılıb. Bildirilib ki, layihə çərçivəsində ümumilikdə 60 gəncin iştirakı ilə “Komanda quruculuğu”, “Rəqəmsal Marketinq”, ”Feyk nyusla mübarizə”, “Karyera yolunda rəqəmsal toxunuşlar”, eləcə də müxtəlif mövzularda təli

m sessiyalarının keçirilməsi planlaşdırılır. Həmçinin düşərgə müddətində tanınmış media mütəxəssisləri ilə görüşlər baş tutacaq. “Gənclərin Media Savadlılığının Artırılması” layihəsinin əsas məqsədi gənclərin media sahəsində bilik və bacarıqlarını artırmaq, həmçinin rəqəmsal transformasiya dövründə kommunikasiya vasitələrindən düzgün və aktiv şəkildə istifadəni təbliğ etməkdir. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilir.

Ən Son Məqalələr

Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 76
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 464
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 205
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 387
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 463
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 579
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 557
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 767
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 789
Təcrübə proqramları ...