Çərşənbə axşamı, 31 Mart, 2026

“Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi


  • Dərc edildi: 16 Fevral, 2018 - 22:51
“Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi

“Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi 14 fevral 2018, 19:00 - 28 fevrala kimi Azərbaycan Xalça Muzeyi Fevralın 14-də Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisinin açılışı olacaq. Sərgi Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə birgə təşkil olunur. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vey Cinq Xua başda olmaqla, səfirliyin əməkdaşları da iştirak edəcəklər. Azərbaycan Xalça Muzeyinin yeni “Xalçalar və əfsanələr” layihəsi “Çin təqvimi üzrə Yeni il” sərgisindən start götürür. Çin təqviminə əsasən, 2018-ci ilin fevralında İt ili qədəm qoyur. Buna görə də, sözügedən layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları birləşdirir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir ki çıxarılır. İt təsvirləri dünya incəsənətinin ənənəvi elementlərindəndir, onların məna yükü isə müxtəlif dövrlərdə və bir çox xalqların incəsənətində totemdən sırf məişətə qədər dəyişir. Xüsusilə, qədim Çin incəsənətində bu, səma qoruyucuları sayılan mifoloji şirə bənzər Fu itlərinin xalçalarda, rəngkarlıqda təsvirlərindən və Huayan ənənəvi sənəti – müasir saxsı itlərin hazırlanmasına qədər obrazların geniş spektrini əhatə edir. Azərbaycan xalçalarında da itlərin təsviri nad

ir hal deyil. Layihə çərçivəsində keçirilən sərgidə tamaşaçılara Azərbaycan Xalça Muzeyinin kolleksiyasından olan, XIX əsrin sonları – XX əsrin əvvəllərini əhatə edən, kompozisiya və ornamentlərində it təsvirləri olan onlarla Şirvan, Qarabağ, Qazax xalçaları təqdim olunur. Ekspozisiya iki hissədən ibarətdir: birinci hissədə təqdim olunmuş xalçalarda itlərin realistik təsvirləri, digər hissəsindəki xalçalarda isə şifrələnmiş, simvolik təsvirləri verilir. İtlərin stilizə olunmuş və hətta fraqmentar təsvirlərinə Azərbaycanın “Mərəzə”, “Qazax”, “Şirvan” xalçalarında rast gəlinir. Bu tip xalçalarda “it” işarələri qədim, ilk növbədə totem məna daşıya bilər. Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi fevral ayının 28-nə qədər davam edəcək. Ətraflı məlumat: www.azcarpetmuseum.az www.facebook.com/AzerbaycanXalcaMuzeyi/ Tel:(+99412) 497 20 16

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 228
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 389
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 80
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 74
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1106
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 559
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 309
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 564
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 169
VI Azərbaycan Astron...