Şənbə, 31 Oktyabr, 2026

Xalq artistləri Fidan və Xuraman Qasımovalar ilə GÖRÜŞ!


  • Dərc edildi: 10 Oktyabr, 2023 - 20:08
Xalq artistləri Fidan və Xuraman Qasımovalar ilə GÖRÜŞ!

“MədəniyyətimİZ” layihəsinin növbəti qonaqları xalq artistləri Fidan və Xuraman Qasımovalar olacaq. “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin növbəti qonaqları xalq artistləri Fidan və Xuraman Qasımovalar olacaq. “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən EduOnline.Az-a məlumat verilib ki, tədbir 17 oktyabr, saat 19:00-da Bakı Muğam Mərkəzində keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilən görüşdə Ulu Öndər Heydər Əliyevin peşəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri, milli vokal məktəbinin yaranması və klassik ifaçılıq üslubunun təbliği, akademik pedaqoji fəaliyyət və peşəkar yanaşmanın tətbiqindən bəhs ediləcək. Tədbir müddətində həmçinin “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyev amili”, “Dün

ya opera sənətinin tədrisində inkişaf perspektivləri” və “Dahi liderlə ən səmimi anlar” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Görüşün bədii hissəsində əməkdar artistlər Rəna Ağayeva və Nigar Məlikovanın pianoda müşayiəti ilə xalq artisti Samir Cəfərov, əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Aqşin Abdullayev və Akedemik Opera və Balet Teatrının solisti Fatimə Cəfərzadənin ifasında Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərləri təqdim ediləcək. Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/hkrvG Tədbirdə iştirak ödənişsizdir.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 25
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 119
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 143
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 324
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1063
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 388
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 570
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 670
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 785
Trabzon Sağlamlıq Qr...