Cümə axşamı, 26 Mart, 2026

Xanımlar üçün Onlayn Ödənişsiz Sosial Media Marketinqi (SMM) Təlim Kursu!


  • Dərc edildi: 7 Sentyabr, 2023 - 19:11
Xanımlar üçün Onlayn Ödənişsiz Sosial Media Marketinqi (SMM) Təlim Kursu!

Gələcək karyerasını Sosial Media Marketinqi (SMM) sahəsində qurmaq istəyənlər üçün Güzəran İB tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan “SMM Haqqında Başlanğıc” təliminə dəvət edirik. Gələcək karyerasını Sosial Media Marketinqi (SMM) sahəsində qurmaq istəyənlər üçün Güzəran İB tərəfindən təşkil olunan “SMM Haqqında Başlanğıc” təliminə dəvət edirik. Bu təlim, sosial media marketinqinin əsas prinsiplərini öyrənmək və effektiv bir təcrübə qazanmaq istəyən hər kəs üçün mükəmməl bir fürsətdir. Kimlər üçündür: Təlim SMM sahaəsində karyera qurmaq istəyən, o cümlədən bu sahədə baza biliklərini genişləndirmək istəyən xanımlar üçündür. Seçim zamanı regionlarda yaşayan xanımlara üstünlük verilə bilər. Təlim əsasən online olacaq. İştirak etmək istəyənlər qeydiyyat, proqram və mövzularla tanış olmaq üçün aşağıdakı məlumatlara nəzər sala bilərlər. Ən əsası, ən maraqlı bir iştirakçı təcrübə keçmək imkanı əldə edəcək.   “SMM HAQQINDA BAŞLANĞIC” TƏLİM PROQRAMI - QEYDİYYAT SMM üzrə iş dünyasınailk addımınızı atmağa hazır olun! Gələcək karyerasını Sosial Media Marketinqi (SMM) sahəsində qurmaq istəyən xanımları Güzəran İB tərəfindən təşkil olunan “SMM Haqqında Başlanğıc” təliminə dəvət edirik.

Bu təlim, sosialmedia marketinqinin əsas prinsiplərini öyrənmək və effektiv bir təcrübəqazanmaq istəyən hər kəs üçün mükəmməl bir fürsətdir.   Tarixlər: 15-23 SENTYABR Məkan: Onlayn Zoom üzərindən Təlimçilər: * İlqar Mirzə * Vüsalə Həsrətli * İntiqam Bəşirov   TƏLİM TARİXLƏRİ VƏ MÖVZULARI Dərs 1. 15 sentyabr, saat 18:00-20:00 - SMM nədir, SMM menecerinin işi nədən ibarətdir. Dərs 2. 16 sentyabr, saat 12:00-14:00 - Sosial şəbəkələr, Sosial Media məqsədlərinin təyini. Auditoriyalar. Dərs 3. 18 sentyabr, saat 18:00-20:00 - Kontent nədir, Kontent formaları. Kontent planın hazırlanması. Dərs 4. 19 sentyabr, saat 18:00-20:00 - Mətnlərlə iş, Vizuallar, video və s. Dərs 5. 20 sentyabr, saat 18:00-20:00 - Fərqli kontent formaları. Praktiki tapşırıqlar. Alətlər. Dərs 6. 21 sentyabr, saat 18:00-20:00 - Ödənişli Sosial Media reklamları. Targeting. Meta Ads. Dərs 7. 22 sentyabr, saat 18:00-20:00 - Nəticələrin təhlili. Statistik göstəricilər. Dərs 8. 23 sentyabr, saat 12:00-14:00 - Influencerlər. Tapşırıqlar. SMM üzrə iş imkanları və müraciət prosesi. İştirak etmək istəyənlərdən aşağıdakı formanı doldurması tələb olunur. Qeydiyyat Son qeydiyyat tarixi: 13 sentyabr. Seçilmiş iştirakçılarla əlaqə saxlanılacaq. Seçim zamanı regionlarda yaşayan xanımlara üstünlük veriləcək. Təlim ödənişsizdir.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 172
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 314
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 58
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 55
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1061
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 512
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 294
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 539
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 159
VI Azərbaycan Astron...