Cümə, 20 Mart, 2026

"Xarıbülbül milli ornament kimi" layihəsinin qapanış günü tədbiri baş tutdu


  • Dərc edildi: 11 Fevral, 2019 - 16:57
"Xarıbülbül milli ornament kimi" layihəsinin qapanış günü tədbiri baş tutdu

Azərbaycan gənclər fondunun qrant dəstəyi,Step IT Academy,Sabunçu gənclər evi,Düşüncə gücü ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilən " Xarıbülbül milli ornament kimi " layihəsinin qapanış günü tədbiri baş tutdu. Məqsədi, xarıbülbül gülünün Azərbaycanda layiqincə və dünya səviyyəsində tanınması,ornament kimi qələmə verilib müasir geyim üzərində yaşadılması olan layihə çərçivəsində 50 gənc öz bilik və bacarıqlarını inkişaf etdirib,xarıbülbül gülü ilə bağlı ətraflı biliklər əldə etdilər.Master-klasslarda şüşə,eskiz,saxsı qablar,parça,aksesuar üzərində xarıbülbül əsərləri yaratdılar.Xalça rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Xəzər Universitetinin müəllimi, Universitet nəzdində Xalça Muzeyinin və Təsviri Sənət Muzeyinin direktoru Afaq Kərimova ilə sözükeçən muzeydə xoş söhbət mühiti yaradıldı.İştirakçılar xarıbülbülün dünya səviyyəsində necə tanınması,necə tanıdılması ilə bağlı maarifləndilər.Layihənin yekununda iştirakçıların xarıbülbül motivli əl işlərindən ibarət sərgi yaradıldı və müsabiqə çərçivəsində əsərlər tanınmış rəssam-dizaynerlər tərəfindən dəyərləndirildi. Azərbaycan Xalq Sənət nümunələri kolleksioner və dizaynerlər, FR collection brendinin təsisçiləri, Qələmkarlıq sənətinin davamçıları Ruslan Hüseynov və Fuad Cəbrayılov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bədii toxuculuq və xalça sənəti kafedrasının baş müəllimi Minaxanım Hüseynova, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı, Bursa Zəki Müren Gözəl Sənətlər

Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının “Qardaş Məktəb” layihəsinin ideya müəllifi, təşkilatçısı Günay Mehdizadə və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsində təhsil alan rəssam-dizaynerlər Vüsalə Yunusova və Ləman Məmmədova münsiflər heyəti qismində iştirak etdilər.Seçilən 6 qalib-Qarayeva Lalə,Hüseynzadə Leyla,Əsədova Zeynəb,Rzayeva Rübabə,Hüseynli İlahə,Məmmədzadə Aliyə xüsusi hədiyyələr və diplomla təltif olundu.İştirakına görə bütün əl işlərinin sahibləri xatirə hədiyyələr və sertifikatla təltif olundu.Xarıbülbül rəqs qrupu,iştirakçıların sevimli təlimçisi,Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi,YA Azərbaycan brendinin təsisçisi blogger/youtuber Aytən Əhmədzadə və layihənin iştirakçılarından Humay Musazadə çıxışları ilə tədbirə rəng qatdılar. Layihə rəhbəri-Gül Həsənli.

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 147
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 40
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 44
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1036
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 467
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 278
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 520
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 146
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 394
Digital Marketing üz...