Bazar ertəsi, 16 Fevral, 2026

Xarici İşlər Nazirliyində VAKANSİYA!


  • Dərc edildi: 8 İyul, 2023 - 00:29
Xarici İşlər Nazirliyində VAKANSİYA!

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlərin nəzərinə! Xarici İşlər Nazirliyi diplomatik xidmətə qəbulla bağlı müsabiqə elan edir. Diplomatik xidmətə qəbulla bağlı müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:

  • onlayn qeydiyyat;
  • yazılı imtahanın birinci mərhələsi - test tapşırıqları;
  • yazılı imtahanın ikinci mərhələsi - analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması;
  • müsahibə.
Yazılı imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 3 iyul 2023-cü il saat 10:00-dan 15 avqust 2023-cü il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat üçün xidmət göstərilən tarixlərdə aktiv olacaq. Yazılı imtahan 2 mərhələdən ibarətdir. Test tapşırıqlarından ibarət olan birinci mərhələ 17 sentyabr 2023-cü il tarixində keçiriləcək. Xarici dil biliyi və analitik yazı bacarıqlarının və yoxlanılmasını nəzərdə tutan ikinci mərhələ isə 23 və 24 sentyabr 2023-cü il tarixlərində keçiriləcək. Yazılı imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. Yazılı imtahanın hər bir mərhələsində iştirak haqqı 70 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Yazılı imtahanın ikinci mərhələsi üçün iştirak haqqını yalnız birinci mərhələni müvəffəqiyyətlə keçərək ikinci mərhələyə buraxılmış şəxslər ödəyəcək. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra müvafiq imtahan mərhələsində iştirak etmək üçün “Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə daha ətraflı tanış ola bilərlər. https://exidmet.dim.gov.az/elimt/XinTest/elan Qeyd edək ki, DİM tərəfindən 30 iyul 2023-cü il tarixində xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 22 iyun saat 10:00-dan 21 iyul saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq. Namizədlərin sınaq imtahanında iştirak etməsi üçün ödənişin məbləği 60 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Sınaq imtahanı yazılı imtahanın birinci mərhələsi üzrə keçirilir və imtahanda analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması nəzərdə tutulmur.  

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 179
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 351
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 54
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 232
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 347
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 450
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 554
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 91
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 396
Ted1.az saytı SATILI...