Bazar ertəsi, 3 Noyabr, 2025

Xarici mentorun iştirakı ilə 5 günlük ödənişsiz sənədli film vörkşop kampı! - QEYDİYYAT


  • Dərc edildi: 29 Avqust, 2023 - 09:49
Xarici mentorun iştirakı ilə 5 günlük ödənişsiz sənədli film vörkşop kampı! - QEYDİYYAT

Dok Atelye 5 günlük ödənişsiz sənədli film vörkşopu keçiriləcək!

15-22 sentyabr tarixlərində baş tutacaq IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı Dok Atelye adlı 5 günlük sənədli film vörkşopu üçün müraciətləri açıq elan edir. İstər yaradıcılığa yeni başlayan yerli sənətçilər, istər sənədli filminə dəstək axtaran rejissorlar üçün xüsusi önəm daşıyan vörkşop 16-21 sentyabr tarixlərində Bakıda baş tutacaq. İştirakçılar sənədli film sənayesinə dair yenilikləri yerli və beynəlxalq mentorlardan ibarət ekspert komandası tərəfindən öyrənmək fürsəti əldə edəcəklər. Vörkşopu kurator və transmedia rəssamı, professor Keti de Haan idarə edəcək. Mentor iştirakçılara tamaşaçılarda rezonans doğuran təsirli sənət nümunələri yaratmaqda hekayənin gücündən bəhs edəcək İştirakçılar müxtəlif hekayəçilik üsullarını araşdıracaq, sənədli filmin struktur prinsiplərini öyrənəcək və vizual hekayə vasitəsilə fikirlərini effektiv şəkildə ifadə edəcəklər. Rejissorluğa dair etik və hüquqi məsuliyyətlər qonaq mentorlar tərəfindən müzakirə olunacaq. Vörkşop boyu əldə edilmiş bilikləri tətbiq etməyə, həm mentorlar, həm digər iştirakçılardan konstruktiv rəy almağa imkan yaradan interaktiv sessiyalar, qrup müzakirələri və praktiki məşğələlər keçiriləcək. 5 günlük proqramın sonunda iştirakçılar mövcud bacarıqlarını təkmilləşdirəcək, sənədli film sənayesi haqqında biliklərini genişləndirəcək və sənədli layihə ideyasını inamla təqdim etməkdə hazırlıqlı olacaqlar. İştirakçılar gündəlik vörkşop tapşınıqlarını bitirdikdən sonra vörkşop günləri də daxil olmaqla 15-22 sentyabr günlərində baş tutacaq Sevilfest-in digər tədbirlərində iştirak edə biləcəklər. Struktur olaraq iki hissədən, interaktiv və nəzəri dərslərdən ibarət olacaq seminarda iştirakçılara həmçinin sənədli film çəkilişi, vizual hekayələr, eləcə də istehsal mərhələsi haqqında texniki biliklərin əsasları haqqında məlumat veriləcək. Vörkşopun son günündə iştirakçılar öz layihələrini münsiflər heyətinə təqdim edəcəklər. Münsiflər heyəti tərəfindən seçilən layihə qarşıdakı 2 ay ərzində final versiyanın formalaşması üçün Sevilfest-dən dəstək alacaq. Vörkşopa müraciət edəcək namizədlər aşağıdakı tələblərə uyğun olmalıdır: - Azərbaycan vətəndaşı - 18 yaşdan yuxarı - Qısa sənədli film ideyasına sahiba - Sənədli film istehsalı sahəsində karyera qurmaq istəyən - Vizual hekayələrə maraq göstərən Tələblər: 8 layihə ilə 16 iştirakçının qəbulu gözlənilir. Namizədlər ikili qruplar şəklində müraciət edə bilərlər, lakin hər iki komanda üzvü tətbiq olunan film layihəsinin inkişafında mühüm rol oynamalıdır. (Nümunələr: rejissor - prodüser və ya rejissor - senarist). - İngilis dili biliyi üstünlükdür (məcburi deyil). - Seminarın bütün günlərində iştirak məcburidir. 5 günlük seminar zamanı iştirakçıların yaşayış, yemək və nəqliyyat xərcləri Sevilfest tərəfindən ödənilir. Bölgələrdə yaşayan namizədlərin müraciətinə xüsusi önəm verilir. Son müraciət tarixi 31 avqust. QEYDİYYAT

Ən Son Məqalələr

Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 337
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 377
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 52
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 56
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 49
“İkiqay” əsərinin mü...
Dövlət İmtahan Mərkəzində Könüllülük Qeydiyyatı davam edir
19 Oktyabr, 2025 - 17:04 222
Dövlət İmtahan Mərkə...