Bazar ertəsi, 2 Fevral, 2026

Xatirə Günü: Insan, Varliq və Zaman - Sərgi!


  • Dərc edildi: 8 Fevral, 2019 - 17:53
Xatirə Günü: Insan, Varliq və Zaman - Sərgi!

“NUR Art House” sənət mərkəzi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə sənətsevərləri 2019-cu ildə başladığı “İNSAN, VARLIQ VƏ ZAMAN” silsilə sərgi layihəsi çərçivəsində açılan, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunan ilk nümayişə dəvət edir. 07 fevral 2019-cu il tarixində, saat 19.00-da açılacaq sərgidə siz heykəltaraş, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Rəssamlıq Akademiyasının və Roma Müasir İncəsənət Akademiyasının professoru Zeynalabdin İskəndərovun yaratdığı Azərbaycan bəstəkarı, AMEA-nın akademiki, SSRİ Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunan əsərlərlə yanaşı, görkəmli incəsənət xadimlərimiz Səttar Bəhlulzadənin, Maral Rəhmanzadənin surətlərini da görəcəksiniz. Azərbaycan incəsənətinin “qızıl dövrü”nün təmsilçiləri olan, bir zaman yaratdıqları əsərləri ilə minlərlə qəlbə işıq gətirən, insanlarda gözəlliyi görmək və ondan zövq almaqla, inciləri irsə çevirib onları qorumağı əxz edən sənətkarlarımız, bu gün özləri bir xatirəyə dönsələr də, heykəltaraşın yaratdığı obrazlar sayəsində canlanaraq sanki bizimlə danışır. Bizi “İnsan, Varlıq və Zaman” anlayışına “Xatirə, Xəyal və Arzu” prizmasından yanaşmaqla, keçmişimizdən bu günümüzə yol açır

və gələcəyimizə körpü salırıq. Keçmişlə gələcəyin astanasında arxaya boylanıb yaddaşımızı vərəqlədiyimiz an, bizi acılı-şirinli xatirələrdən dərs almağa sövq edir. Hər zaman bəşəri dəyərə malik milli mədəni irsimizin qorunması, saxlanılması, gələcək nəslə ötürülməsi və təbliğini qarşısına məqsəd qoyan “NUR Art House” sənət mərkəzi ənənəsinə sadiq qalaraq, bu dəfə sizi Zeynalabdin İskəndərovun yaradıcılığına bir qədər fərqli prizmadan - xatirələri müxtəlif texnikalarla canlandıran sehrkar kimi yanaşmağa, qeyri-adi əsərlərdən zövq almağa dəvət edir. Təsadüfi deyil ki, hörmətli sənətkarımızın bu sərgisi, həm də onun qəhrəmanlarının xatırlandığı tədbir olacaq. Tədbirdə tanınmış rəssamlar, sənətşünaslar, kinorejissorlar, söz sərrafları xatirələrini və təəssüratlarını sənətsevərlərlə paylaşacaq, Azərbaycanın Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun görkəmli bəstəkarımız Qara Qarayevə həsr olunmuş filmi tamaşaçıları dahi şəxsiyyətin həyat və yaradıcılığı ilə tanış edəcək. Sərginin açılışı günü həmçinin rəssam Qara Qarayev dühasına böyük hörmətinin nəticəsi kimi, ona həsr olunmuş çox gözəl əsərlərinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etməsinin şahidi olacaqsınız. Sərgi 10 fevral 2019-cu il tarixinədək davam edəcək.

Ən Son Məqalələr

Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 147
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 239
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 357
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 463
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 53
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 339
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 59
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 123
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 141
Zirə qəsəbəsinə aqro...