Şənbə, 24 Yanvar, 2026

Xəyalımdakı Gələcək - Seminar


  • Dərc edildi: 26 Fevral, 2018 - 21:31
Xəyalımdakı Gələcək - Seminar

"ASAN xidmət" mərkəzi sizi məmnuniyyətlə Pərviz Həsənovun “Xəyalımdakı Gələcək” seminarına dəvət edir. Azərbaycan gəncinin həyatda nələr əldə edə biləcəyindən bəhs edən bənzərsiz bir seminardır. Bu seminar bir çox insanın həyatında qığılcım yaratdı, bir çox insanda fundamental dəyişikliklərə səbəb oldu. Bu dəfə də növbəti auditoriya ilə görüşə çıxır. Seminarın təməl mövzusu neft sektorunda mühəndis həyatı ilə bağlı olsa da, auditoriyaya çatdırılan əsas mesaj həyatda uğur qazanmaq istəyən hər bir insanda bu yolda özünəinam hissi yaradır. Ona görə də seminarda çatdırılan mesajdan, seminardan alınan təsirdən, yalnız neft sektorunda mühəndis karyerası qurmaq istəyən tələbələr deyil, həyatda uğur qazanmaq istəyən, arzuları, hədəfləri, məqsədləri olan hər bir şəxs çox faydalanır. Seminarın agendası: -Xarici şirkətdə ilk addımlar -Texniki məktəblər -Neft mədənlərində həyat -Mütəxəssis olmaq -Xarici ölkələrdə karyera imka

nları -Özünü marketdə tanıtmaq üçün resurslar -Neft mühəndisinin ailə həyatı Spiker - Pərviz Həsənov Hazırda “Weatherford” şirkətinin “Well Completions Technologies” şöbəsinin Quyuların tamamlanması üzrə sahə mütəxəssisidir; Karyerası: - “Schlumberger” şirkəti, 5 il (Azərbaycan, Fransa, Liviya, Qazaxıstan, Rusiya) - “Baker Hughes” şirkəti, 3 il (BƏƏ, S.Ərəbistanı) - “Weatherford” şirkəti, 1 il (BƏƏ, Oman) Tarix: 27 fevral 10:00 Ünvan: Akademik Həsən Əliyev küçəsi 36, 1 saylı "ASAN xidmət" mərkəzi, 4. mərtəbə Əlaqə: +994 50 495 28 86 Seminar ana dilimizdə keçiriləcək. Seminar təmənnasızdır, sərbəstdir, hər kəs üçündür. İştirakçılardan xahiş olunur: - Mümkün qədər səmimi və sərbəst olun - Suallarınızı fasilələrə saxlamayın, seminarda verin - Seminara gecikməyin. Seminar zamanına yarım saat qalmış artıq auditoriyada əyləşə bilərsiniz - Fərqli bir spikerə, fərqli bir seminara, fərqli bir günə hazır gəlin. Görüşənədək.

Ən Son Məqalələr

Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 20
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 278
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 34
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 76
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 115
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 297
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 119
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 135
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 131
“Biologiyanın intera...